Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rövlan Abid oğlu Seyidov
Bakı Mühəndislik Universiteti
seyidovrovlan@gmail.com

TURİZM SƏNAYESİNİN MÜASİR VƏZİYYƏTİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

Açar sözlər: turizm sənayesi, xidmət sahələri, səyahət, məhsul, xidmət  
Key words: tourism industry, service areas, travel, products, services  
Ключевые слова: индустрия туризма, сферы обслуживания, путешествия, товары, услуги

Giriş
Məqalə öz aktuallığı ilə seçilir çünki, turizm sənayesinin müasir vəziyyətin öyrənilməsi və onun inkişaf perspektivlərinin təhlili aktuallığı ilə seçilir. Dövlətlərin iqtisadiyyatı ilk öncə təbii sərvətlər əsasında qurulur və inkişaf edir. Amma bir iş var ki, təbii ehtiyatlar tükənəndir. Bu baxımdan indi bütün ölkələrdə daha çox tükənməz resurslara söykənən iqtisadi layihələrə başlayırlar. Şübhəsiz, turizm sənayesinin predmeti məhz dünya durduqca duran insandır. Demək, sənayenin bu qolu əbədilik qazanmaq üçün birinci pillədə qərarlaşıb. Belə olan təqdirdə isə onun gəlirliliyi də əbədi olmalıdır. Elə bu səbəbdən də müasir dövrdə, necə deyərlər, ekoloji təmiz turizm sənayesinə bütün ölkələrdə diqqət artır.
Turizm sənayesinin inkişafı həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. 





Baxış: 1191