Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Samirə İlham qızı Ziyadzadə
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ

Açar sözlər: ərzaq təhlükəsizliyi, qida məhsulları, istehsal prosesi
Key words: food security, food, manufacturing process
Ключевые слова: продовольственная безопасность, продукты питания, производственный процесс

Giriş
Ərzaq təhlükəsizliyi bütünlükdə, ölkənin iqtisadi təhlükəsizlik sistemində çox vacib yerə malikdir. Belə ki, ərzaq təhlükəsizliyi kənd təsərrüfatının lazimi səviyyədə inkişaf etməsi ilə sıx bağlıdır. Eyni zamanda ərzaq təhlükəsizliyinin təmin edilməsinin strateji problem kimi ön plana çəkilməsinin əsas səbəbi odur ki, makroiqtisadi sabitliyin pozulma ehtimalı, iqtisadi inkişaf problemlərinin daima mövcud olması, əhalinin ərzaqla təmin olunmasının xarici bazarlardan asılılığının ümumilli mənafelərə ziyan vura bilməsidir. Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinə bir sıra amillər təsir edir. Belə ki, daxili bazarda yerli istehsalın artırılması mühüm əhəmiyyət kəsb edirsə, bu zaman bazarda məhsulun qiyməti, məhsulun keyfiyyəti, əhalinin alıcılıq qabilliyyəti kimi amillər nəzərə alınnmalıdır.Əgər əhalinin alıcılıq qabiliyyəti aşağı və bazarda qiymətlərin yüksək olarsa, bu vəziyyət ərzaq təhlükəsizliyinin təmin olunmasına mənfi təsir göstərər. Ərzaq təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayan daxili ərzaq bazarının xarici rəqabətin neqativ təsirlərindən qorunması olduqca vacib tədbirlərdən biridir. Bazar iştirakçılarının maraqlarını təmin etmək üçün ərzaq bazarı düzgün tənzimlənməlidir. Bazar şəraitində iqtisadçılar aqrar-sənaye istehsalı probleminə xüsusilə önəmli yanaşmalıdırlar.


Baxış: 1137