Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Nərmin Akif qızı Salamlı
Bakı Dövlət Universiteti
narminsalamlia@gmail.com

NEFTLƏ ÇİRKLƏNMİŞ ƏRAZİLƏRİN BƏRPA EDİLMƏSİ ÜSULLARI

Açar sözlər: neft, çirkli ərazi, fitomeliorasiya, ekoloji problemlər, rekultivasiya, bərpa.
Key words: oil, polluted area, phytomelioration, environmental problems, reclamation, restoration.
Ключевые слова: нефть, загрязненная территория, фитомелиорация, экологические проблемы, рекультивация, восстановление.

Giriş
Neft və neft məhsulları ilə çirklənmə, neft sənayesinin inkişaf etdiyi ərazilərdə geniş yayılmış vəziyyətdir və bu ərazilərə böyük ziyan vurur, təbii ekosistemlərin deformasiyasına səbəb olur, yer qabığının xüsusiyyətlərinin dəyişməsi və yaşayış yerlərinin tamamilə məhv edilməsi ilə xarakterizə olunur. Məlumdur ki, göbələklər, xüsusilə mikrosetlər ekosistemlərdə yaşayan mikrob icmalarının ən vacib komponentlərindən biridir və müxtəlif torpaq növlərində üzvi maddələrin məhv edilməsində əsas rol oynayır. Buna görə də neftlə çirklənmiş ərazilərin bərpası aktual məsələlərdən biridir. Aqro-hidro və biomeliorativ tədbirlər torpaqların yaxşılaşmasına kömək edir. 
Neftlə çirklənmiş torpaqlar neft və qazın hasilatı, daşınması və emalı nəticəsində çirklənmiş, korlanmış və neft tullantılarına basdırılmış neft sahələridir. Neft tullantıları ilə çirklənmiş ərazilər, buruq meydançaları ərazisində ən çox yayılmışdır və geniş bir ərazini əhatə edir.


Baxış: 1910