Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Arzu Fazil qızı Haşımova
Azərbaycan  Dövlət Rəssamlıq Akademiyası
e-mail: arzuhashimova@mail.ru

MÜASİR RƏSSAMLARIN YARADICILIĞINDA BAKI TƏSVİRLƏRİ

Açar sözlər: Müasir incəsənət, rəngkarlıq, Bakı, kompozisiya, mənzərə
Key words: Contemporary art, painting, Baki, composition, landscape 
Ключевые слова: Современное искусство, живопись, Баку, композиция, пейзаж

Giriş
XX əsrin 70-80-ci illərindən başlayaraq rəngkarlıq sahəsində yeni meyllərin yaranmasını xüsusilə vurğu­lamaq lazımdır. Yaradılan təsvirlərdə primitivlik, şərtilik, deformasiya və s. üsullar özünü büruzə verirdi. Artıq 1990-cı illərdə Azərbaycan Respublikası müstəqil dövlət elan olunandan sonra incəsənətdə də yeni tendensiyalar yaranır. Rəssamlar azad yaradıcılığa meyl edərək avanqard cərəyanlardan və konseptual incəsənətdən faydalanaraq öz fərdi dəst-xətlərini formalaşdırırdılar.
Azərbaycan təsviri sənət tarixində avanqard istiqamətinin ikinci dalğasının təməlini qoyan, Abşeron rəssamlıq məktəbinin banisi Mircavad Mircavadov olmuşdur. Bu məktəbin nümayəndələri Bakı ətrafı əraziləri, qəsəbələri gəzərək burada yaşayan insanların gündəlik həyat və məişətini təsvir edirdilər. Novator rəssam milli ənənələr ilə yanaşı dünya incəsənətinin ənənələrindən bəhrələnərək yaradıcılığını zənginləş­dirmişdir. 


Baxış: 1063