Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Niftəliyeva Elnarə Gülağa qızı 
Açar sözlər: enantiosemiya, leksik-semantik mahiyyət, əks mənalı sözlər, leksik üsul , alınma sözlər, fellər, dilin lüğət tərkibi
Key Words: enantiosemia, lexical-semantic essence, opposite meaningful words, lexical way, borrowed words, verbs, language dictionary content
Ключевые слова: Энантиосемия, лексико-семантическая сущность, противоположные значение слов, лексический состав, глагол, словарного запаса языка
 
Müasir Azərbaycan ədəbi dili lüğət tərkibi baxımından zəngin dillərdən biridir. Dilimizin lüğət tərkibi həyat inkişaf etdikcə, xalqın mədəni səviyyəsi yüksəldikcə artır, çoxalır və eyni zamanda zənginləşir. Hər bir dilin sürətlə inkişaf edən, dəyişən hissəsi lüğət tərkibidir.
Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin uzun bir inkişaf tarixi vardır. Lüğət tərkibi ya başqa dillərdən hazır leksik vahidlər almaqla, ya da dilin öz daxili imkanları, sözlərin mənaca dəyişməsi ilə əlaqədar zənginləşir.
Hər bir müasir dildə bu və ya digər məfhumu ifadə etmək üçün yeni-yeni sözlər və ifadələr meydana çıxır, dilin lüğət tərkibini inkişaf etdirir.
Başqa müasir dillər kimi, Azərbaycan ədəbi dili də, başlıca olaraq, öz daxili imkanları və başqa dillərdən alınmalar hesabına inkişaf edir və lüğət tərkibini zənginləşdirir (6,394).
Dilimizin öz daxili imkanları hesabına inkişafı lüğət tərkibinin zənginləşməsində başlıca meyar hesab olunur, dilin varlığını və müstəqilliyini şərtləndirən əsas amillərdən sayılır (5,278).

Baxış: 1645