Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/44/71-74

Türkan Zeynalova

Gəncə Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0003-6994-7307

turkanzeynalova1985@gmail.com

 

19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində ingilis ədəbiyyatı

 

Xülasə

Kapitalizmin nisbi sabitləşməsi dövrü fəlsəfədə burjua pozitivizminin çiçəklənməsi dövrünə uyğun gəlirdi. İngiltərədə pozitivizmin ən böyük nümayəndəsi Herbert Spenser idi. İngilis burjuaziyasının aqressivliyi Spenserin anti-humanist görüşlərində, onun “sosial darvinizmində” ifadəsini tapdı. Spenser təkcə burjua quruluşunu məqbul hesab etməklə kifayətlənmədi, həm də varlıq uğrunda mübarizə qanununu insan cəmiyyətinə şamil etdi və onu inkişafın əsas stimulu hesab etdi. Ən güclü və güclünün sağ qalması, zəifin ölümü – bütün bunlar cəmiyyətin təbii qanunu elan edildi. İnsan cəmiyyətinin özü vahid orqanizm hesab olunurdu ki, burada beyin funksiyaları, idarəetmə funksiyaları imtiyazlı təbəqələrə, işləyən əllərin funksiyaları isə proletariata aid olmalıdır. Spenserin yüksək elmi olduğunu iddia edən təlimi bir çox ingilis və amerikalı yazıçılara güclü təsir göstərmişdir.

Açar sözlər: ədəbiyyat, ədəbi proses, ədəbiyyatın şəkli, ingilis ədəbiyyatı, yazıçıların yaradıcılığı


Baxış: 39