Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

 

Əqli bacarıqların inkişafında oyun

texnologiyalarının rolu

 

Zülfiyyə Yolçiyeva Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Uşaq oyunları uşağın inkişafında, təhsilində və şəxsiyyətinin inkişafında əsaslı yer tutur. Uşaq lazımi davranışı, bacarıqları oyun zamanı öyrənir. Uşağın şəxsiyyəti oyun zamanı daha çox ortaya çıxır və inkişaf edir. Oyunlar uşağın fiziki, sosial, zehni, psixoloji və emosional cəhətdən təsir edir, inkişafında mühüm rol oynayır. Oyun bir təcrübədir. Gələcək davranış formaları oyunla əldə edilir. Araşdırmalar onu göstərir ki, uşaqlarda fiziki və emosional dözümlülük kimi keyfiyyətlərin


inkişafında mütəhərrik və uşaq idman oyunlarının əhəmiyyəti çox böyükdür. Fiziki dözümlülük uşağa hər hansı bir uzunmüddətli oyundan sonra baş verən yorğunluğa müqavimət göstərməyə kömək edir. Emosional dözümlülük isə uşağa gələcək həyatında qarşılaşacağı çətin şəraitə dözməyə, təmkinliliyini qoruyub saxlamasına, əsəbləşməməsinə və ən əsası, sağlamlığına çox yaxşı kömək edir. Mütəxəssislər hesab edirlər ki, müxtəlif növ, rəngarəng fiziki hərəkətlər, mütəhərrik və əyləncəli oyunlar lazımi templərdə, tədris şəraiti nəzərə alınmaqla keçirilməlidir. Bu zaman həm öyrədən, həm də öyrənənlər məsuliyyət hiss etməlidirlər. Belə olmasa, həmin təlimin uğurlu nəticəsindən danışmaq olmaz. Təlimdə məsuliyyət daşıdığını anlayan hər bir şagirdin idrak fəallığı da yüksəlir. Bu isə birbaşa təlimə şüurlu yanaşmanı, düşünərək təhlillər aparmanı, müəyyən qənaətə gəlməni təmin edir. Şərh olunanlar daha yaxşı qavranılır, yadda saxlamağa ciddi səy göstərilir. Təlimin şüurlu surətdə qavranılması uşaqların mənəvi və psixoloji hazırlığında mühüm rol oynayır. Yuxarıda sadalanan komponentlərdən kompleks istifadə olunması təlimdə nailiyyət qazanılmasında ən başlıca şərtlərdən sayılır. Oyun yalnız uşaqların fiziki hazırlığına deyil, o, həm də estetik zövqün yaranmasına, hisslərin inkişafına kömək edir ki, bu da baş beynin ali hisslərinin fəaliyyətini gücləndirir.

 

Açar sözlər: mütəhərrik oyunlar, intellektual bacarıqlar, təfəkkür, zehni fəaliyyət, əqli tərbiyə, sosial və psixoloji inkişaf


Baxış: 57