DOI: https://doi.org/10.36719/2663-4619/118/75-81
Hasan Burak Arslan
Kırıkkale Universiteti
magistrant
https://orcid.org/0009-0001-9258-6162
hasanburakarslan99@gmail.com
Ərəb dilinə tərcümədə paradiqma dəyişmələri və
tərcümədə suni zəkanın rolu
Xülasə
İnsanlar və mədəniyyətlərarası ünsiyyətdə tərcümənin rolu danılmaz bir həqiqətdir. İnsanlıq tarixinin başlanğıcından etibarən mədəniyyətlərarası qarşılıqlı təsirdə mühüm yerə sahib olan tərcümə, yerləşdiyi dövrün xüsusiyyətlərinə uyğun olaraq inkişaf etmişdir. Həm tərcüməçilərin, həm də müxtəlif peşə sahiblərinin son zamanlarda geniş şəkildə istifadə etdiyi süni intellekt, yalnız iş yükünü azaltmaqla qalmır, həm də insanların araşdırma aparmaq üçün müraciət etdiyi vasitələrdən birinə çevrilmişdir. Tərcüməçilərin texnologiyanı mənimsəməsi və bunu peşəkar inkişaflarının bir hissəsi kimi görməsi vacibdir. Maşın tərcüməsi böyük verilənlər bazası və dərin öyrənmə alqoritmləri sayəsində getdikcə daha dəqiq və sürətli tərcümə təqdim edir. Lakin dilin mürəkkəbliyi, mədəni strukturlar və orijinal ifadələr kimi insan amili olan mətnlərdə tərcüməçilərin təcrübə və intuisiya bacarıqlarına ehtiyac duyulur.
Açar sözlər: əlaqə, tərcümə, süni intellekt, maşin tərcüməsi, tərcüməçi