Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Aynur Yaqub qızı Mahmudova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
müəllim
aynur.mahmud@bk.ru

ERKƏN UŞAQLIQ YAŞ DÖVRÜNDƏ ÜNSİYYƏTİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Xülasə
Müasir inkişaf psixologiyasında erkən uşaqlıq illərində uşağın psixososial inkişafının qanuna­uyğunluqlarının, şərait və amillərinin öyrənilməsinə əsaslı diqqət yetirilir. Bu ilk növbədə onunla əlaqədardır ki, erkən uşaqlıq illərində uşağın psixi inkişafında baş verən dəyişikliklər onun sonrakı yaş mərhələlərində səmərəli inkişafı üçün əlverişli şəraitin yaradılmasını təmin edirlər. Digər tərəfdən isə, erkən uşaqlıq mərhələsi psixi funksiyaların mexanizmlərinin formalaşması baxımından senzitiv xarakter daşıyır və bu yaş dövrünə xas olan imkanların reallaşdırılması çox mühüm olan psixopedaqoji vəzifə kimi qarşıda durur. Bu baxımdan uşaq şəxsiyyətinin inkişafında ünsiyyətin rolunun məzmunlu planda öyrənilməsi və uşağın həyatının ilk illərində onun psixoloji nəticələrinin aşkarlanması həm nəzəri və həm də tətbiqi-praktik baxımdan böyük maraq doğurur. Bunu nəzəri alaraq məqalədə  erkən uşaqlıq dövründə ünsiyyətin inkişafının əsas istiqamətləri araşdırılaraq təhlil edilmiş və bu zəmində çoxsaylı faktların və təzahür edən psixoloji törəmələrin mexanizmlərinin aşkarlanmasına nail olunmuşdur.
Açar sözlər: uşaq, şəxsiyyət, ünsiyyət, psixi, inkişaf

Aynur Yagub Mahmudova

Developmental features of communication in early childhood
Abstract
Modern developmental psychology pays special attention to the study of the laws, conditions and factors of psychosocial development of the child in early childhood. This is primarily due to the fact that changes in the mental development of the child in early childhood provide a favorable environment for its effective development in later life. On the other hand, the early childhood stage is sensitive in terms of the formation of mechanisms of mental functions, and the realization of the opportunities inherent in this age is a very important psychopedagogical task. In this regard, the study of the role of communication in the development of the child's personality and the discovery of its psychological consequences in the first years of life is of great interest, both theoretically and practically. Taking this into account, the article analyzes and analyzes the main directions of the development of communication in early childhood, and on this basis, many facts and mechanisms of psychological manifestations are revealed.
Key words: child, personality, communication, mental, development




Baxış: 935