Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Xəyalə Əyriçalmalı
Açar sözlər: Əmir Həmzə Hacı Abid bəy, Əyriçalmalı nəsli, Maştağa kəndi, Məmməd Məmmədyarov, ―Əmir" titulu, knyaz P.D.Sisianov, Bakı, Qoşa Qala qapısı, Sisianovun qətli
Key words: Amir Hamza Haji Abid bek, the Ayrichalmali kind, Mashtagi village, Mammad Mammadyarov, the title
―amir", prince P.Tsitsianov, Baku, the Qosha Qala Gates, Tsitsianov`s murder
Ключевые слова: Амир Гамза Гаджи Абид бек, род Айричалмалы, село Маштаги, Мамед Мамедъяров, титул эмира, князь П.Д.Цицианов, Баку, Парные ворота, убийство Цицианова

Mən Xəyalə Əyriçalmalı, Hacı Əliağa qızı, Əmir Məhəmmədin (Məmmədağa) nəvəsi, Əliağa nəticəsi, Əmir Məhəmməd nəbirəsi, Əmir Əhməd nədidəsi, Əmir Məhəmməd nəbibəsi və ən əsası Kəlbi-Əli övladıyam.
Yeddi arxa babalarımın adını sadaladığım zaman, Kəlbi-Əli övladını sonda qeyd etdim. Bəli. Kəlbi-Əli mənim ulu cəddim, yeddinci arxamdır. Onun həyatı haqqında çox məlumata malik deyiləm. Lakin, dəqiq bilirəm ki, o, adam öldürdüyü üçün Maştağa kəndində adını dəyişdirərək, Kəlbi-Əli adı ilə yaşayıb. Kəlbi-Əli adı ərəb dilində ―Əlinin iti" mənasını verir. Daha sonra Maştağada ondan törənənlər ―Kəlbi-Əli övladları" çağırılardı.
Kəlbi-Əlinin Əmir Məhəmməd adında bir oğlu olub və oğlunun Məşədi Əmir Aslan, Kərbəlayi Əmir Həmzə, Əmir Əhməd və Əmir Əli adında dörd oğlu olub. Bu fakta 1832-ci ildə Çar hökumətinin ―Azərbaycan əhalisinin siyahıya alınması" barədə kameral təsviri kitabında rast gəldim.4. Ulu cəddim Kəlbi-Əlinin həyatına bir qədər sonra qayıdacağam.

Baxış: 1260