Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
DOI: 10.36719/AEM/2007-2019/47/65-66
Müəllif: Sahibə  Sədnikqızı

Nizami  Gəncəvi   ümumbəşəri  mahiyyət  daşıyan,   ecazkar poetik qüvvəyə malik   yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə   qaldırmışdır.   
Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirləri tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar.
Nizaminin ölməz ədəbi   irsi  təkcə humanizm,  insana   məhəbbət, yüksək əxlaq,  estetik zövq, tərbiyə və bilik  mənbəyi, dərin fəlsəfi  fikir,   hikmət  xəzinəsi  olmaqla   bərabər,  həm  də canlı tariximizdir. Onun yaradıcılığı Şərq ədəbiyyatına  qüvvətli təsir göstərmişdir. Böyük ustada nəzirə yazanlar arasında Şərq ədəbiyyatının məşhur simalarından Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami, Fəriəddin Əttar kimi farsca yazmış bir çox böyük şair və mistiklər də vardır.



Baxış: 1169