Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Xəyalə Adil qızı Quliyeva 
Açar sözlər: Oxu, fasilələrlə oxu, dərslik, kurikulum 
Key words: reading pause reading, manual, curriculum 
Ключевые слова: чтение, чтение паузой, пособие, курикулум

 

Ölkəmizdə həyata keçirilən kurikilum islahatı nəticəsində təhsil sahəsinə yeni baxış və maraqların meydana gəlməsinə şərait yaratdı. Bu gün ümumtəhsil orta məktəblərində dərslərdə eləcə də ədəbiyyat dərslərində yeni təlim üsullarından istifadə edilir. Bu üsullar istər əsərin məzmununun öyrəndilməsinə, istərsə də təhlil aparmağa xidmət edir. Ədəbiyyat dərslərində istifadə edilən təlim üsulları iki qismə ayrılır:
1. Bədii əsərlərin məzmununun öyrədilməsinə xidmət edən iş üsulları: fasilələrlə oxu, proqnozlaşdırılmış oxu, ikihissəli gündəlik, söz assosiyası, İNSERT (interaktiv qeydetmə sistemi) üsullardan istifadə olunur.
2. Bədii əsərin təhlili zamanı istifadə olunan iş üsulları: Beyin həmləsi müzakirə problemin həlli BİBÖ debat rollu oyun (rollu dioloq) Venn dioqramı konseptual cədvəl, şaxələndirmə, karusel, qərarlar ağacı, təqdimat, layihələr üzrə iş aiddir. [1, s.130]
Burada biz fasiləli oxu üsulunun mahiyyəti və tətbiqi yollarından bəhs etdiyimizə görə məzmun üzərində işə xüsusi diqqət yetirəcəyik. Çünki fasiləli oxu üsulu əsərin məzmununun mənimsənilməsi zamanı tətbiq edilən üsullardan biridir.


Baxış: 2687