Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Xanım Rafiq qızı Quliyeva
Açar sözlər: fel, təsirsiz fellər, təsirli fellər, şəkilçilər, dilçilik 
Key words: productive verbs, unproductive verbs, suffixes.
Ключевые слова: Глагол, продуктивные глаголы, непродуктивные глаголы, суффиксы, лингвистика, linguistics.

 

Müasir Azərbaycan dilində gedən proseslərin izlənilməsi dilçiliyimizin qarşısında duran ən aktual vəzifələrdəndir. Ayrı-ayrı tədqiqat və monoqrafiyalarda düzəltmə fel məsələsi türkoloqlar və dilçilər tərəfindənn araşdırılmışdır, lakin indiyədək bu məsələ ilə bağlı yekdil rəyə gəlinməmişdir. Bəzi diliçilik əsərlərində düzəltmə fellərin fellərdən əmələ gələ bilməsi də göstərilir. Belə düzəltmə fellərə felin növ, təsirlilik, tərz şəkilçiləri ilə işlənən fellər də aid edilir. Əslində qrammatik məna deyəndə bu qrammatik mənanı ifadə edən şəkilçilər nəzərdə tutulur. Dilçilik ədəbiyyatlarında növ kateqoriyasının çox vaxt qrammatik kateqoriya kimi təqdim edilməsi də bu tip şəkilçilərin qrammatik, yoxsa leksik olmasını müəyyənləşdirməyə təsir göstərir.
Azərbaycan dilindəki birhecalı fellərin hamısı türk mənşəlidir və bunların koarasında başqa dillərdən alınma söz yoxdur. Nəinki fellər, hətta feldüzəldən şəkilçilərin içərisində də alınma olanına rast gəlinmir, bunların da hamısı Azərbaycan dilini özünəməxsus şəkilçiləridir. Düzəltmə fellərdə sözün kökü və ya əsası alınma söz ola bilər, çünki alınma sözlərdən də fel düzəldilir (məktublaşmaq, təəccüblənmək və s.).


Baxış: 2215