Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/44/23-26

Gündüz Paşayev

Heydər Əliyev adına Hərbi İnstitut

fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0004-6437-2417

gunduzpashyev90@gmail.com

Tahir İsmayılov

Heydər Əliyev adına Hərbi İnstitut

https://orcid.org/0009-0006-9780-8381

tahir.6591@gmail.com

 

Fizika kursunun bəzi mövzularının təkrar edilməsi və ümumiləşdirilməsi

 

Xülasə

Müasir təhsil proqramlarında müxtəlif inovativ üsulların, texniki və texnoloji vasitələrin tətbiq olunmasına baxmayaraq, öyrədilmə və öyrənmə prosesi daim inki­şafdadır. Hər hansı məlumatın öyrəniciyə çatdırılması və öyrənici tərəfindən mə­nimsənilməsi üçün müəllim tərəfindən tətbiq edilən metodikanın xüsusi rolu danıl­mazdır. Konkret olaraq hər bir mövzunun öyrənilməsi fərqli metodik yaxınlaşma tə­ləb etdiyindən, konseptual elmi yaxınlaşmanı saxlamaqla keyfiyyətcə dərslərin məzmununun yeniləşdirilməsi mühüm amillərdəndir.

Təqdim olunan məqalədə imtahana hazırlıq vaxtı fizika kursunun “Kinematika” bölməsində hərəkətin kinematik tənlikləri mövzusunun qısa analizi və yekunu veril­mişdir. Mövzunun mənimsənilmə səviyyəsinin qiymətləndirilməsi üçün optimal hesab etdiyimiz metodika təklif olunmuşdur. Dərsin təşkili və keçirilməsində ağırlıq mərkəzi fundamental nəzəri biliklərin tətbiqində öyrənicilərin də fəal iştirakçısı oldu­ğu məsələ və çalışmaların seçilməsi prosesinə tərəf sürüşdürülmüş, eyni zamanda praktik məsələlərin həllinə üstünlük verilmişdir ki, bu da fiziki qanunların bir növ əyaniliyini nümayiş etdirən faktoloji materiala çevrilməklə, bu qanunların müəyyən sərhədlər daxilində obyektiv qanunlar olduğunu nümayiş etdirmiş olur. Fikrimizcə fənn müəllimi tərəfindən hər bir mövzunun yekun dərs variantının hazırlanması yaxşı məqsədəuyğun olar.

Açar sözlər: fizika, analiz, kinematika, imtahan, qrafik, işçi proqram, təcil


Baxış: 92