https://doi.org/10.36719/2789-6919/42/63-66
Aynurə Xanlarova
Azərbaycan Dillər Universiteti
doktorant
https://orcid.org/0000-0002-3696-697X
aynura.xanlarova@sdu.edu.az
Frazeoloji variativlik və frazeoloji sinonimiya
(İngilis və Azərbaycan dillərinin materialları əsasında)
Xülasə
Variativlik spesifik, xarakterik və fərqləndirici xüsusiyyətlərdən biri olduğu üçün frazeoloji vahidlər də leksik-qrammatik xüsusiyyətlərinə görə çoxlu sayda variantlara malikdir. Frazeoloji vahidlərin variantları – semantik və qrammatik səviyyədə baş verən, lakin frazeoloji vahidlərin bütövlüyünü pozmayan dəyişikliklərin nəticəsində yaranır. Frazeoloji sistemin vahidlərini araşdıran dilçi alimlər frazeologizmin həm paradiqmatik və sintaqmatik xüsusiyyətlərinin, həm də onların komponentlərinin potensial imkanlarının öyrənilməsinin əhəmiyyətini hər zaman diqqət mərkəzində saxlayırlar. Bu, frazeoloji vahidlərin daxili mütəhərrikliyində özünü göstərir. Nitqdə frazeoloji vahidlər müxtəlif dəyişikliklərə uğrayır. Lakin bu dəyişikliklərin hamısı frazeoloji sistemdə öz əksini tapmır.
Frazeoloji vahidlərin sinonimlik xüsusiyyətlərinə aşağıdakı cəhətləri aid etmək olar: leksik mənanın eyniliyi; eyni leksik və qrammatik xüsusiyyətlərin olması. Qeyd etmək lazımdır ki, frazeoloji vahidin komponentlərindən biri dəyişirsə, o zaman onlar sinonim ola bilməz. Sinonimiya frazeoloji vahidlərin semantik korrelyasiyadan daha sıx əlaqəsidir. Frazeoloji vahidlərin sinonim sayılmaq üçün eyni sintaktik tipə aid olması və vahid məna intensivliyi olmalıdır. Başqa sözlə, onlar frazeoloji mənanın eyni konseptual və kateqorial qrammatik komponentlərinə malik olmalıdırlar. Bu frazeoloji sinonimlər üçün minimum tələbdir.
Açar sözlər: leksik əvəzetmə, frazeoloji variant, frazeoloji sinonimlik, frazeoloji sabitlik, monostrukturlu sinonimlər, oxşar strukturlu sinonimlər