DOI: https://doi.org/10.36719/2663-4619/118/203-207
Fikrət Mirzəyev
Heydər Əliyev adına Hərbi İnstitut
https://orcid.org/0009-0005-1139-859X
fikretmirze@gmail.com
Hərbi işdə riyazi metodların tətbiqi məsələsi
Xülasə
Məqalədə riyaziyyatın hərbi işdə tətbiqi məsələlərinin nəzəri olaraq təhlili və misal nümunələri üzərindən qərarvermə metodikasının müxtəlif döyüş situasiyalarında tədqiqi araşdırılmışdır. Kəmiyyət dəyişmələrinin riyazi tədqiqi, keyfiyyət nəticələrinin praktikada istifadə metodikası məsələsi diqqət mərkəzində saxlanılır. Aşkarlanan qanunauyğunluqların obyektivliyinın (yararlığının), araşdırılan modellərə adekvatlığından asılı olaraq qiymətləndirilməsi, uyğun fəaliyyətdə dəyər qazandırmanın məna önəmini ifadə etdiyi qənaətinə gəlinir.
Açar sözlər: silahlı mübarizə, riyazi arsenal, aprior ehtimal, tətbiqi riyaziyyat