https://doi.org/10.36719/2706-6185/42/16-21

Əntiqə Paşayeva

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

fəlsəfə üzrə fəlsəfə doktoru

pashayeva.ph@mail.ru

UDC 321. 01; 340. 11:1

https://orcid.org/0009-0004-5003-6244

 

Hüquq fəlsəfəsində hüquq və dövlət anlayışlarının mühüm aspektləri

 

Xülasə

Qərb fəlsəfəsində təhlil olunan mövzulardan biri də hüquq və dövlətdir. Hüquq və dövlət bütün zamanlarda həmin zamanın tələblərinə uyğun olaraq öyrənilmiş və bunlar arasında olan ictimai-si­yasi məsələlər həm filosofların, siyasətçilərin, həm də hüquqşünasların əsas tədqiq mənbəyi ol­muş­dur. Qərb mütəfəkkirlərinin əsaslandığı hüquq və dövlət təkcə praktiki və siyasi məsələləri əhatə etmir, onların nəzərində hüquq və dövlət varlıq aləmində ruhi, mənəvi və əxlaqi dəyərləri aşılayan və ictimaiyyət arasında mühüm təsirə malik olan başılca meyardır.

Hazırkı tədqiqatda hüququn fəlsəfəsində təhlil olunan hüquq və dövlət məfhumlarının uyğun və fərqli cəhətləri göstərilməklə yanaşı, həmçinin bunların arasında olan bağlılıq və digər mühüm məsələlər səhih mənbələrə əsasən təhlil olunmuşdur.

Açar sözlər: filosoflar, hüquqşünas filosoflar, hüquq, dövlət, əxlaq, ictimaiyyət


Baxış: 96