https://doi.org/10.36719/2706-6185/42/22-28

Aygün Qasımova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 filologiya elmləri üzrə fəlsəfə doktoru

 a.qasimova62@gmail.com

 

Hüseyn Arifin yaradıcılığında saz və aşıq obrazı

 

Xülasə

Hüseyn Arif ənənəvi şerin qoşma janrının XX əsrdəki ən böyük nümayəndələrindəndir. S.Vurğundan sonra bu yolu davam etdirənlər sırasında şairin adı birincilər sırasındadır. Hüseyn Arif öz yaradıcılığında qoşma, gəraylı, təcnis, nağıl, əfsanə və dastanlardan geniş istifadə etmişdir. Hü­seyn Arif ədəbiyyatımıza yazılı, poetik ənənələrlə həkk olunub. O, milli şeirin forma və məzmun xüsusiyyətlərini mükəmməl mənimsəyib, özünə ustad hesab etdiyi heç bir sənətkarı təkrarlamayıb. Orijinal, novator şeirləri və poemaları ilə yeni bir sənət zirvəsi yaradıb. Şifahi xalq ədəbiyyatının əksər janrlarından bəhrələnən Hüseyn Arif, daha çox ozan-aşıq sənəti ilə bağlı olmuşdur. Onun saz və aşıq obrazları ilə bağlı bir sıra şeir və poemaları vardır (“Saz müxəmməsi”, “Aşıq Ələsgərə”, “Sazım dillənir”, “Saz bayramı” ̶  şeirləri, “Sazın tellərindədir”, “Saza toxunma”, “Dilqəm”, “Alı kişi” poemaları və s.).

Açar sözlər: Hüseyn Arif, şeir, poema, obraz, aşıq, saz, ozan-aşıq


Baxış: 97