Arxiv
Elmi iş - 2024
Ələkbər Göyüş oğlu Əlverdiyev
Bakı, Azərbaycan
aliakbar.alverdiyev@gmail.com
DAYANIQLI MÜSTƏQİL AUDİT XİDMƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI
Xülasə
Bir ölkənin inkişafı və sosial-iqtisadi böyüməsi bu ölkədə yaşayan insanların qurduğu müəssisələrin uğurundan asılıdır. İqtisadi təşkilatların uğuru mühasibat uçotunun hüquqi infrastrukturundan və tətbiq ediləcək mühasibat və audit metodlarından asılıdır. Bir ölkənin mühasibat və təftiş mexanizmi yoxdursa, o ölkənin sağlam audit xidməti sisteminə və texniki imkanlara sahib olduğunu qeyd edə bilmərik. Mühasibat sistemi, təşkilatların iqtisadi fəaliyyətlərinin ədədi qeydlərini ümumi qəbul edilən mühasibat əsaslarına uyğun olaraq və ardıcıl qaydada tənzimləməyə borcludur. Digər tərəfdən, audit xidməti, iqtisadi hadisələrin həqiqi təbiətinin qeydlərə müvafiq qanunvericiliyə və mühasibat əsaslarına uyğun olub-olmadığını obyektiv şəkildə araşdıran, bağlayan və təsdiqləyən sistematik bir işdir. Buna görə də, ölkələrin inkişafına mane olan vergidən yayınmanın qarşısını almaq və qeyri-rəsmi iqtisadiyyatı qeydiyyata almaq çox vacibdir. Bu yalnız yaxşı işləyən audit xidməti və effektiv nəzarət ilə baş verə bilər. Auditin səmərəliliyi birbaşa olaraq Auditorlar Palatası tərəfindən təmin edilə bilər.
Açar sözlər:audit xidməti, effektiv nəzarət, mühasibat sistemi, qanunvericilik, balanslaşdırılmış nəzarət, audit konsepsiyası, maliyyə əməliyyatları
Baxış: 710