Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Rəna Nurəddin qızı Rzayeva
AMEA Şərqşünaslıq İnstitutu
rzayeva1958@icloud.com

ƏBUBƏKR İBN XOSROV ƏL-USTADIN «MUNİSNAMƏ»SİNİN III VƏ IV FƏSİLLƏRİNİN
HÜCVİRİNİN «KƏŞF ƏL-MƏCHUB» ƏSƏRİ İLƏ MÜQAYİSƏLİ TƏDQİQİ

Xülasə
Təqdim olunan məqalədə qarşıya qoyulmuş əsas məqsədlərdən biri Əbubəkr ibn Xosrovun «Munisnamə» əsərinin bir mənbə kimi dəyərləndirilməsidir. Digər qoyulmuş məqsəd bir informativ mənbə kimi qiymətləndirilən bu əsərin dini-fəlsəfi təriqət ədəbiyyatının   öyrənilməsindəki əvəzsiz yerə mənsub olduğunu sübut etməkdir. Bu məqsədlə «Munisnamə» «aqioqrafik janr»ında yazılmış xüsusi çəkiyə malik olan əsərlərdən biri ilə paralel şəkildə araşdırılmışdır. Müqayisə üçün nəzərdə tutulmuş əsər bu sahədə xüsusi çəkiyə malik, «mənqəbə ədəbiyyatı»nın öncüllərindən olan Əli ibn Osman əl-Cüllabi əl-Hücviriyə aid olan fundamental aqioqrafik «Kəşf əl-məhcub» traktatıdır. Bu müqayisə nəticəsində «Munisnamə»nin cəmi iki fəslini təşkil edən hissəsinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğu aşkar edilmişdir. Əbubəkrin bu iki fəsildə təqdim etdiyi övliyaların, şeyxlərin, təriqət başçılarının təsəvvüf dini-fəlsəfi cərəyanında xüsusi çəkiyə malik olduğu aşkar edilmişdir. Əsərin bu baxımdan öyrənilməsi, məhz, bu müqayisə əsasında mümkün olmuşdur. Bu müqayisəli araşdırma bizə «Munisnamə»nin «təriqət», «mənqəbə» ədəbiyyatının öyrənilməsindəki əvəzolunmaz  rolunu aşkar etməyə şərait yaratmışdır. Əslində, əsərin cəmi iki fəslini təşkil edən bu material öz məzmun tutumu ilə bir çox müstəqil əsərlə bir sıraya qoyula bilər. Bu fəsillərin öyrənilməsi, tədqiqi hələ çox övliyanın öyrənilməsinə, çox mənbələrin araşdırılmasına xidmət edəcəkdir. Bu baxımdan «Munisnamə» hələ uzun zaman tədqiq ediləcək  və araşdırılacaqdır. 
Açar sözlər: Əbubəkr ibn Xosrov, Əli ibn Osman əl-Cüllabi əl- Hücviri, «Munisnamə», «Kəşf əl-məchub», mənqəbə, sufilik, təriqət 

The Comparative Research of Chapters III, IV of «Munisnama» 
by Abubakr Ibn Khosrov al-Ustad and 
«Kashf -al- Mahjub» by Ali Ibn Uthman al- Jullabi-al-Hucwiri
Summary
One of the main aims set in this article is assessing «Munisnama» by Abubakr  Ibn Khosrov as a source. Another aim is proving irreplaceable place of this work, assessed as an informative source, in the study of religious philosophical Tariqa literature. For that purpose «Munisnama» should be researched alongside with one of the significant works written in higiograhpy literary genre. The work meant for comparison is fundamental hagiographic treatise «Kashf al-Mahcub», one of the essential and leading works in Manqaba Literature (Higiographical Literature) by Ali Ibn Osman al-Jullabi al-Hucwiri. As a result of this comparison the part of Munisnama including just two chapters was discovered to be of great significance. It was dicovered that the saints, sheiks, tariqa (religious way) leaders,  presented by Abubakr in the 2 chapters, were very important in religious philisophical movement Tasawwuf (mysticism). The comparative research enabled us to discover the irreplaceable role of «Munisnama» in the study of Tariqa and Mangaba Literature. As a matter of fact the material comprised of just two chapters  can be on a par with other individual works for its content capacity. The study and research of these two chapters will still serve as a source for learning about more saint people and exploring many sources. From this poin of view Munisnama will still be studied and researched. 
Key words: Abubakr Ibn Khosrov, Ali Ibn Osman al Jullabi al Hucwiri, «Munisnama», «Kashf-al   Mahjub» (The Revelation of the Veiled), Tariqa (Religious and spiritual path), Mangaba (Higiography-literary genre), Sufism

MƏQALƏNİ YÜKLƏ [1.25 Mb] (yüklənib: 46)


Baxış: 845
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az