Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Namaz Rizvan oğlu Manafov
Mingəçevir Dövlət Universiteti

PROFESSOR BAYRAM ƏHMƏDOV ZAMANIN YADDAŞINDA

Hündürboylu, gülərüzlü, səliqəli və şux geyinən Bayram müəllim elə ilk görüşdən adamı özünə cəlb edirdi. Həm alimliyi, həm müəllimliyi, həm də insanlığı  ilə yadda qalan, ehtiramla yad edilən şəxsiyyət idi.
Dilçi alim Bayram Baxşalı oğlu Əhmədov 1935-ci ilin aprel ayının 28-də Ağdaş rayonunun Pirkəkə kəndində anadan olmuşdur. 1943-1949-cu illərdə kənddəki yeddiillik məktəbdə oxumuş, 1949-1953-cü illərdə Ağdaş Pedaqoji Texnikumunda təhsil almışdır. Texnikumu fərqlənmə diplomu ilə bitirərək Qazax rayonunun Dağkəsəmən kənd orta məktəbində bir il sinif müəllimi işləmiş, 1954-1959-cu illərdə o vaxtkı   Lenin adına APİ-nin (indiki ADPU) tarix-filologiya fakültəsində təhsil almışdır. 1959-cu ildə təyinatla Mingəçevir şəhərinə işə göndərilmiş Bayram müəllim əvvəl fəhlə-gənclər axşam məktəbində müəllim ışləmiş, bir il sonra həmin orta məktəbdə direktor müavini vəzifəsinə irəli çəkilmişdir. 1962-1970-ci illərdə Mingəçevir şəhərindəki 4 nömrəli beynəlmiləl şəkkizillik məktəbin direktoru olmuşdur. Mingəçevir şəhərindəki yaşlı nəsilın nümayəndələri indi də Bayram müəllimi səmimi, qayğıkeş insan kimi xatırlayır.
Elmi tədqiqat işinə olan maraq Bayram müəllimi yenidən ali məktəbə-APİ-yə, bu elm məbədinə gətirdi.   1970-ci ildən 1993-cü ilə qədər APİ-də əvvəl baş müəllim, sonra dosent vəzifəsində çalışdı. Azərbaycan dili və ədəbiyyatı fakültəsində dekan müavini oldu.  




Baxış: 986