Arxiv
2024 Kifayət Qurban qızı Mənsimova
ADPU nəzdində Pedaqoji kollec
kifayetmnv@gmail.com
PERFEKSİONİZM: SƏBƏBLƏRİ VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Xülasə
Perfeksionizm - mürəkkəb haldır, onun təsiri insan həyatının bütün sahələrini əhatə edə bilər. Normal “perfeksionizm” zamanı insan səyli işdən məmnun olur, özünü inkişafa və nəticələrin yaxşılaşdırılmasına can atır, bununla belə öz şəxsiyyət və ya vəziyyət mükəmməlliyinin hüdudunun olması faktını qəbul etmək qabiliyyətində olur. Nevrotik perfeksionizm zamanı insana hər şey yetəri qədər mükəmməl görsənmir. Dərinlərə kök salan tam dəyərli olmama və zəiflik hissi onu həddən artıq özünü dağıdıcı səylər dairəsinə çəkir və hər bir iş və ya vəzifə növbəti təhdidedici çağırışa çevrilir. Perfeksionizm bütün neqatif psixoloji hallarda olduğu kimi əslində dərin səbəblərlə izah olunur. Bu səbəblər sırasında aşırı dərəcədə vicdanlı olmaq, özünə qarşı yüksək tənqidi yanaşma və bəzən bu yanaşmaları digərlərindən də gözləməyi qeyd etmək olar. İnsanlar arasında risk qrupuna o kəslər aid olunur ki, onların inkişaf etmək və nailiyyət əldə etmək istəyi həddi aşmış olur.
Açar sözlər: perfeksionizm, neqativ perfeksionizm, pozitiv perfeksionizm, natamamlıq hissi, gərginlik, stress, depressiya
MƏQALƏNİ YÜKLƏ
[153.74 Kb] (yüklənib: 41)
Baxış:
1 012