DOI: 10.36719/2706-6185/03/23-28
Mehriban Zeynal qızı Hacızadə
Azərbaycan Dillər Universiteti
farizhacizade720@gmail.com
MÜASİR DİLÇİLİKDƏ SÖZ BİRLƏŞMƏSİNİN ROLU VƏ YERİ
Xülasə
Müasir ingilis dilində söz birləşmələrinin rolu və yeri zaman-zaman tədqiqat obyekti olmuşdur. Söz birləşmələri ilə bağlı araşdırmalar göstərir ki, əksər hallarda sərbəst söz birləşmələri ilə frazeoloji birləşmələr arasında heç bir fərq yoxdur. Söz birləşmələri arasındakı fərqə gəlincə, biri dildə hazır, digəri isə nitq prosesində formalaşır.
Sözlərin nitq prosesində birləşməsinin əsas səbəbi ifadə etdikləri anlayışların bir-biri ilə əlaqəli olmasıdır.
Beləliklə, söz birləşmələrinin əsasını ifadə etdikləri anlayışların qarşılıqlı uyğunluğu təşkil edir.
Söz birləşmələrinə məşhur yanaşma xarici və doğma dillərdə sözlərin mənalarını müqayisə etməkdir.
Açar sözlər: söz birləşməsi, nitq prosesi, məfhum, kateqoriya, tipologiya
Mehriban Zeynal Hajizade
Azerbaijan University of Languages
farizhacizade720@gmail.com
The role and place of word combination in modern linquistics
Abstract
The role and place of word combinations in modern English has been the subject of research from time to time. Research on word combinations shows that in most cases there is no difference between free word combinations and phraseological combinations. As for the difference between word combinations, one is ready in the language, and the other is formed in the process of speech.
The main reason for the combination of words in the speech process is the interconnectedness of the concepts they express.
Thus, the basis of word combinations is the mutual compatibility of the concepts they express.
A popular approach to word combinations is to compare the meanings of words in foreign and native languages.
Keywords: word combination, speech process, concept, category, typology