Arxiv
2024 Elnarə Adil qızı Məmmədova
Azərbaycan Tibb Universiteti
filologiya üzrə fəlsəfə doktoru
ememmedova69@mail.ru
M.KAŞĞARİNİN “DİVANÜ LUĞAT-İT TÜRK” ƏSƏRİNDƏN
FEİLLƏRİN TEMATİK QRUPLARI (İŞ FEİLLƏRİ)
FEİLLƏRİN TEMATİK QRUPLARI (İŞ FEİLLƏRİ)
Xülasə
Qaraxanilər dövlətinin böyük əksəriyyətini türk boylarından olan çigillər,karluqlar, qıpçaqlar,oğuzlar,taciklər təşkil edirdi. Qaraxanilər sülaləsinin hansı boya mənsub olduğu barədə mübahisələr hələ də öz həllini tapmamışdır. Göytürklər zamanında bir sıra parlaq əsərlər yazılmışdır. Bu əsərlərdən "Kutatku bilik" İnni Mühənna Lüğəti, Qaraqoyunlunun "Fərhəngi-turki" və s. Bu əsərlər içərisində Xl əsr türk dünyasının ən möhtəşəm əsəri olan M.Kasgarinin "Divanu lugat-it -turk" əsəri öz elmi dəyərinə,əhatə dairəsini görə Türkçülüyün Ensiklopediyası olmuşdur. Əsər Xl əsrə yox daha qədim dövrə aid türk tarixini özündə əks etdirir. DLT-də 9000-ə yaxın söz və ifadə toplanıb.
Müəllif bu möhtəşəm əsəri ilə müqayisəli metodun əsasını qoymuşdur. Əsərdə başqa nitq hissələri ilə bərabər feillər haqqında da ətraflı məlumat verilib. Bu feillərin leksik mənalarınin zəngin olduğu qədər tematik qrupları da rəngarəngdir: yaradıcı xarakterli iş feillərin, dağıdıcı xarakterli iş feilləri, yemək-içmək məzmunu ilə bağlı iş feilləri. Türk xalqlarının etnoqrafik mənsubiyyəti haqqında məlumat almaq üçün bu tip feillərin rolu əvəzsizdir.
Açar sözlər:leksik-semantik, türk dilləri, iş feilləri, abidə, türkçülük
MƏQALƏNİ YÜKLƏ
[147.6 Kb] (yüklənib: 113)
Baxış:
520