Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Arzu Ağanəhmət qızı Mirzəyeva
Azərbaycan Tibb Universiteti
müəllim
Mrs.arzu1960@gmail.com

AZƏRBAYCAN DİLİNDƏ İSMİ QOVUŞMA İDİOMLAR
Xülasə
İdiomlar dilşünaslıqda sabit söz birləşmələri, frazeoloji birləşmələr, frazeologizmlər və s. adlar altında verilmişdir. 
İdiom-İdioma yunan mənşəli sözdür. Mənası özünəməxsus xüsusiyyətlərə malik ifadə deməkdir. Həqiqi mənalı sözlərin qarşılığı olub onu məcazi məna ilə birləşdirən sabit söz birləşməsinə idiom deyilir. İdiomların ifadə etdiyi məfhum isə başqa söz birləşmələrinə nisbətən daha konkret olur. 
İdiomlar sözün ekvivalenti, yəni məcazi məna ilə verilən sinonimi kimi dildə özünü göstərir. 
İdiomlar milli xüsusiyyətlərə malik olduğuna görə hər bir xalqın dilindəki idiomları öyrənməklə həmin xalqın mədəniyyəti, tarixi və yaşayış tərzi ilə yaxından tanış olmaq mümkündür. 
İdiomların əsas xüsusiyyətlərindən biri də onların obrazlı emosional ifadələr olmasıdır. Onlar hər hansı bir anlayışı ayrı-ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir. İdiomların özünəməxsus kateqoriyaları onu digər dil vahidlərindən fərqləndirir. İdiomlar dilin orijinal vasitəsi, varlığı və zənginliyidir. 
İdiomların belə maraqlı xüsusiyyətləri dilçiliyin müxtəlif sahələri ilə məşğul olan alimləri – leksikoqrafları, üslubiyyatçıları, qrammatikləri, folklorşünasları da çox düşündürmüş və onları elmi təhhqiqat işlərinə cəlb etmişdir. 
Azərbaycan dilində idiomlar ismi və feili olmaqla 2 qrupa bölünür. 

Açar sözlər: sabit söz birləşmələri, idiomlar, frazeoloji vahidlər, obrazlı ifadələr, milli xüsusiyyətlər 




Baxış: 2342