Arxiv
2024 Türkan Yusif qızı Əhmədova
Lənkəran Dövlət Universiteti
doktorant
turkan_ahm@mail.ru
1139-CU İL ZƏLZƏLƏSİNİN GƏNCƏ ŞƏHƏRİNƏ
TƏSİRİNƏ DAİR TARİXİ MƏLUMATLAR
TƏSİRİNƏ DAİR TARİXİ MƏLUMATLAR
Xülasə
XII əsr Azərbaycanın bir çox şəhərləri kimi Gəncə şəhərinin də çiçəklənmə dövrü kimi xarakterizə olunur. Eyni zamanda, bir sıra tarixi hadisələrə şahid olan şəhər bu dövrdə dəhşətli təbii fəlakətin dağıntılarına məruz qaldı. Zəngin tarixi keçmişə malik olan Gəncə şəhərində 1139-cu il sentyabrın 30-da 11 bal gücündə zəlzələ baş vermiş və şəhər xarabaya çevrilmişdir. Bir sıra müəlliflərin mətumatlarına əsasən dəhşətli təbii fəlakət nəticəsində 230 mindən 300 minədək şəhər sakini həlak olmuşdur. Əl-İsfahaninin sözləri ilə desək: “Gəncə şəhəri və mahalı torpağın altında qaldı. O, elə dağılmışdı ki, sanki yer üzündə belə bir şəhər heç olmamışdı”.
XII-XIII əsrlərdə Gəncə öz gözəlliyini yenidən bərpa etdi. Şəhər əzəmətini geri qaytardı, daha da şöhrətləndi. Dirçəlmiş şəhər mədəni və siyasi cəhətdən inkişafa doğru irəlilədi.
Açar sözlər: Arranın mərkəzi, Gəncə, toponim, dəhşətli zəlzələ, Kəpəz dağı, dirçəliş, inkişaf
MƏQALƏNİ YÜKLƏ
[145.88 Kb] (yüklənib: 81)
Baxış:
602