Arxiv
Nature & Science 2025
Ələddin Əlirza oğlu Tağıyev
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
aqrar elmlər üzrə elmlər doktoru, professor
t.eleddin@mail.ru
Svetlana Səməd qızı Süleymanova
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
böyük elmi işçi
Nahidə Yəhya qızı Namazova
böyük elmi işçi
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
Könül Xudaverdi qızı Abbasova
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
böyük elmi işçi
PERSPEKTİVLİ PAMBIQ SORTLARININ BİOMORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
VƏ TƏSƏRRÜFAT QİYMƏTLİ ƏLAMƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ
VƏ TƏSƏRRÜFAT QİYMƏTLİ ƏLAMƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ
Xülasə
Seleksiya prosesində toplanmış zəngin başlanğıc seleksiya materialları intensiv tipli pambıq sortları yaradılmasına imkan verir. Seleksiya prosesinin bütün mərhələləri üzrə hibrid, seleksiya və sortluq materiallar kompleks təsərrüfat göstəricilərinə, viltə və quraqlığa davamlılığına, toxumda yağın miqdarına, botaniki morfoloji əlamətlərə, fenotipdə eynilik dərəcəsinə görə orqanoloji qiymətləndirilib və hər cürə ekstremal şəraitə davamlı, öz sələflərindən daha potensiallı yeni pambıq sortları yaratmaq istiqamətində geniş axtarışlar aparılır.
İstiqamətli seleksiya işi nəticəsində yaradılmış yüksək məhsuldarlığa və lif çıxımına, vilt xəstəliyinə davamlı, tezyetişən və yüksək texnoloji lif keyfiyyətinə malik perspektivli pambıq sortları olan Gəncə-205, Gəncə-242 və Gəncə-256 sortları “Bitki sortlarının qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti”nə təqdim edilmişdir.
Açar sözlər: pambıq, sort, qoza, lif çıxımı, seleksiya, vilt
Baxış: 752