Arxiv
2024 Kifayət Qurban qızı Mənsimova
ADPU nəzdində Pedaqoji kollec
müəllim
kifayetmnv@gmail.com
İNKLUZİV TƏHSİLİN NƏZƏRİ ƏSASLARINA DAİR
Xülasə
İnklüziv təhsil modeli təhsildə yeni islahatların həyata keçirilməsini, təhsilə dair qanunlarda əlavə və düzəlişlərin edilməsini, kadr hazırlığında yeni bilik və bacarıqların aşılanmasını, bütün təhsil müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsini və s. tədbirləri kompleks şəkildə həyata keçirməyi sinif, məktəb və hətta dövlət səviyyəsində bir məqsəd kimi qarşıya qoydu. İnklüziv təhsil özündə həm də humanist dəyərləri ehtiva etdiyindən daha geniş vüsət almağa başladı. Mahiyyəti etibarilə humanizmi təlqin edən və demokratik prinsiplərə söykənən inklüziv təhsil yalnız mətktəb çərçivəsində və təhsil sistemi səviyyəsində deyil, eyni zamanda bütün cəmiyyət miqyasında hər kəsə bərabər imkanlar və irqindən, dinindən, maddi-sosial vəziyyətindən, əqli və fiziki imkanlarından asılı olmayaraq cəmiyyətin hər bir fərdinə ədalətli yanaşma tələb edir.
Açar sözlər: inklüziv təhsil, təhsildə humanizm, təhsildə islahat, əqli və fiziki qüsur
Kifayat Gurban Mansimova
On the theoretical fundamentals of inclusive education
Abstract
The model of inclusive education sets aims the implementation of new reforms in education, additions and amendments to the laws on education, inculcation of new knowledge and skills in staff training, enrichment of the material and technical base of all educational institutions, etc. the implementation of comprehensive manner at the classroom, school and even the state level.As inclusive education contains humanistic values it becomes more widespread. Inclusive education, which is essentially humanistic and based on democratic principles, requires equal opportunities for all and a fair approach to every member of society, regardless of race, religion, financial status, mental or physical capacity, not only within the school and at the level of the education system, but also throughout society.
Key words: inclusive education, humanism in education, reform in education, mental and physical disability
MƏQALƏNİ YÜKLƏ
[153.26 Kb] (yüklənib: 61)
Baxış:
597