Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Tahirə Həsən qızı Həsənova
Naxçıvan Müəllimlər İnstitutu
pedaqogika üzrə fəlsəfə doktoru

UŞAQLARIN ƏXLAQ ŞÜURUNUN FORMALAŞDIRILMASINDA
 XALQ PEDAQOGİKASINDAN İSTİFADƏNİN İMKAN VƏ YOLLARI
Xülasə
Hər bir cəmiyyətin, bir ulusun əxlaqi cəhətdən çürük olması o cəmiyyətin dərin bir uçuruma doğru getməsi, az qala məhvi deməkdir. Təbiidir ki, elə bu səbəbdən də ailədən başlayaraq uşaqların tərbiyəsi məsələsi gündəmə gəlir. Bu tərbiyə məsələləri düzgün təşkil edilməyəndə problemlələ üz-üzə qalmalı oluruq. Belə ki, əxlaq tərbiyəsində buraxılan nöqsanlar şübhəsiz xalqın, millətin gələcək ziddiyətli problemlərinə çevrilir.
Əxlaqi sifətlərin tərbiyəsi, aşılanması ailədən başlayır. Uşaqların tərbiyəsində ilk addım uşağın şüurunda mənəvi keyfiyyətləri, uyğun əxlaqi davranışları həkk etdirməkdən ibarətdir və bu da elə bir inandırma metodu olan öyüd – nəsihətlə, alar sözləri vasitəsilə mümkündür. Uşaqların tərbiyəsində nağılların da rolu böyükdür. Xalqımız uşaqlara əxlaqi şüurun formalaşmasında məsləhət üsulundan da geniş şəkildə istifadə etmişdir.
Ailədə uşaqların əxlaqi şüurunun formalaşmasında etnopedaqoji materiallardan istifadənin əhəmiyyəti danılmazdır. Bütün bunlar gələcək nəsillərin milli xüsusiyyətlərə sahib vətəndaşlar kimi formalaşmasında böyük rol oynayır.
Məqalədə məhz bu məsələlər şərh edilir.
Açar sözlər: milli şüur, xalq pedaqogikası, öyüd-nəsihət, atalar sözü, nağıl, əxlaqi şüur

Tahira Hasan Hasanova
Opportunities and ways to use folk pedagogy in the formation 
of children's moral consciousness 
Summary
The fact that every society and nation is morally rotten means that that society is heading for a deep abyss, almost destroyed. Of course, for this reason, the issue of raising children, starting from the family, comes up. When these educational issues are not properly organized, we face problems. Thus, the shortcomings in moral education undoubtedly become the future conflicting problems of the people and the nation.
The upbringing and inculcation of moral qualities begins in the family. The first step in the upbringing of children is to inculcate in the child's mind the moral qualities, appropriate moral behavior, and this is possible through such a method of persuasion - admonition, words. The role of fairy tales in the upbringing of children is also great. Our people have also widely used the method of counseling in the formation of children's moral consciousness.
The importance of the use of ethnopedagogical materials in the formation of children's moral consciousness in the family is undeniable. All this plays a major role in shaping future generations as citizens with national characteristics.
The article comments on these issues.
Key words: national consciousness, folk pedagogy, advice, proverbs, tales, moral consciousness

MƏQALƏNİ YÜKLƏ [115,33 Kb] (yüklənib: 54)


Baxış: 588
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]