Türkan İlqar qızı Rəhimli
Xəzər Universiteti
Magistrant

MOBBİNQLƏ MÜBARİZƏ ÜSULLARI
Xülasə
İş yerlərində hər zaman mövcud olan, lakin bu və ya başqa səbəbdən az araşdırılan, iş mühitində əksərən bir insana qarşı tətbiq olunan psixoloji şiddət (mobbinq) anlayışı ilə ifadə olunan bu fenomen bütün müəssisələr üçün əhəmiyyətli bir problemdir. Bu məqalədə iş mühitində bir və ya bir neçə şəxs tərəfindən psixoloji zorakılığa (mobbinqə) məruz qalmış insanın nələr edə biləcəyi, bu vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görməli olduğu və ən önəmlisi öz psixoloji sağlamlığı üçün hansı addımları atmalı olduğu incələnmişdir. Ədəbiyyat araşdırması nəticəsində iş yerində ortaya çıxan psixoloji zorakılıqla mübarizə üsullarını fərdi, təşkilati və ictimai mübarizə olmaqla üç qrupda izah olunmuş, həm hüquqi həm də psixoloji tərəfləri qeyd edilmişdir. Bu problemin nəticələri həm müəssisələrə, həm də psixoloji şiddətə məruz qalmış şəxslərə və eyni zamanda cəmiyyətə təsir göstərə bildiyindən bu fenomenə qarşı düzgün mübarizə üsullarının axtarılması, həyata keçirilməsi müəssisə və qurbanın səmərəliliyi baxımından mühim rol oynayır. Ölkəmizdə bu sahədə araşdırmaların az olması bizim bunu daha dərindən incələməli olduğumuzu göstərir. Mobbinqlə mübarizənin hüquqi istiqamətində Azərbaycan Respublikasının Konstitusiyası və Əmək məcəlləsində insan hüquqlarının qorunmasıyla bağlı maddələr seçilmiş və qeyd edilmişdir. Bununla yanaşı sosial medianın önəmi vurğulanmışdır. Bunlara əsaslanaraq məqalədə mobbinq prosesi eyni zamanda sosial məsələ kimi dəyərləndirilmişdir.
Açar sözlər: mobbinq, iş yerində psixoloji zorakılıq, psixoloji şiddətə məruz qalma, qurban, mübarizə

Turkan Ilgar Rahimli

Methods of struggling with mobbing
Abstract
This phenomenon, which has always existed in the workplace, but for one reason or another has been little studied and is expressed the concept of psychological violence (mobbing) which is often applied to a person in the work environment, is an important problem for all enterprises. This article examines what people who have been psychologically abused by one or more people in the workplace can do, what steps they can take to get out of this situation, and most importantly, what steps they can take for their mental health. Methods of combating psychological violence in the workplace as a result of literature research are explained in three groups, individual, organizational and social struggle, and both legal and psychological aspects are noted. Since the consequences of this problem can affect both the institution and the victims of psychological violence, as well as society, the search for and implementation of appropriate methods to combat this phenomenon plays an important role in the effectiveness of the institution and the victim. The lack of research in this area in our country shows that we need to examine it more deeply. In the legal direction of the fight against mobbing, articles related to the protection of human rights in the Constitution of the Republic of Azerbaijan and the Labor Code were selected and noted. At the same time, the importance of social media was emphasized. Based on this, the article evaluates the mobbing process as a social issue.
Key words: mobbing, psychological violence in the workplace, psychological violence, victimization, struggle

MƏQALƏNİ YÜKLƏ [155,83 Kb] (yüklənib: 2)



Baxış: 19
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected], [email protected]