Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Qismət Mehman oğlu Əliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Magistrant
aliyev.gismet@gmail.com

KLASTER ƏSASLI SİMSİZ SENSOR ŞƏBƏKƏLƏRİ ÜÇÜN SƏMƏRƏLİ
 VƏ TƏHLÜKƏSİZ MƏLUMAT ÖTÜRÜLMƏSİ
Xülasə
Təhlükəsiz və səmərəli məlumat ötürülməsi klaster əsaslı simsiz sensor şəbəkələri (Wireless Sensor Networks-WSN) üçün əhəmiyyətlidir. Klaster əsaslı simsiz sensor şəbəkələrdə istifadəçilərin identifikasiyası çox mühüm məsələdir. Məlumatları göndərilən istifadəçinin və təyinat (məlumatları alan) istifadəçisinin identifikasiyası ilə klaster əsaslı simsiz sensor şəbəkələr üzərindən məlumatların təhlükəsizliyinə və səmərəliliyinə nail olmaq mümkündür. Məlumatların təhlükəsizliyini və istifadəçinin identifikasiyasını təmin etmək üçün bir metod daxilində bu əməliyyatları yerinə yetirən iki konsepsiya təklif edilir. Birincisi, təsdiqləyici tərəfindən yaradılan istifadəçinin yoxlanılması üçün şəxsiyyət əsaslı imzadır (Identity Base Signature - IBS). İkincisi isə məlumatla idarə olunan və şifrəni əldə edən və orijinal informasiyanın şifrələnməsi və deşifrə edilməsi üçün ikili səviyyəli bir açardır. Binar səviyyəli metod informasiyanı ikili formaya çevirir və sonra məlumatları bloklara bölür və ikili rəqəmlərin uzunluğundan asılı olan identifikasiya işarəsi (Identification Mark - IM) metoduna əsaslanaraq ona qiymətlər təyin edir. Sonra bu qiymətlər iki səviyyəyə bölünür, 1-ci. səviyyə 2 bit və 2-ci səviyyə isə 4 bitdir. Sonra qəbuledici istifadəçidə şifrəli mətni tərs metoddan (yəni deşifrələmə üçün istifadə edilən metod) istifadə etməklə deşifrə olunacaq və təyinat istifadəçisi orijinal informasiyanı alacaq. Bu metodları istifadə etməklə biz səmərəliliyi və təhlükəsizlik xərclərini optimallaşdırmaq mümkündür. 
Açar sözlər: şəxsiyyətə əsaslanan imza, açıq açarın yaradılması, istifadəçinin identifikasiyası, informasiyanın şifrələnməsi, şifrənin açılması

Gismat Mehman Aliyev

Secure and effective data transfer for cluster-based wireless sensor networks
Abstract
Secure and efficient data transmission is important for cluster-based wireless sensor networks (WSN). In cluster-based wireless sensor networks, user identification is a very important issue. With the identification of the user to whom the data is sent and the user of the destination (data recipient), it is possible to achieve data security and efficiency over cluster-based wireless sensor networks. To ensure data security and user identification, two concepts are proposed that perform these operations within a single method. The first is the Identity Base Signature (IBS) to verify the user created by the authenticator. The second is a dual-level key that manages and decrypts the information and encrypts and decrypts the original information. The binary level method converts information into binary form and then divides the data into blocks and assigns values to it based on the Identification Mark (IM) method, which depends on the length of the binary digits. Then these prices are divided into two levels, 1st. level is 2 bits and level 2 is 4 bits. The receiving user will then decrypt the encrypted text using the reverse method (ie the method used for decryption) and the destination user will receive the original information. By using these methods, we are able to optimize efficiency and security costs.
Key words: decryption, signature based on identity, user identification, encryption of information, creation of public key




Baxış: 763