Rəvan Amin oğlu Qəmbərov
Arash Medical Company QSÇ
mühəndis

TİBBDƏ SÜNİ TƏNƏFFÜS APARATININ TƏTBİQİ TEXNOLOGİYASI
Xülasə
1940-50-ci illərin poliomielit epidemiyası müasir ventilyatorların ilk nəslinin yaradılmasına təkan verdi. Tibbdə tez-tez baş verən bədbəxt hadisələr onun inkişafına kömək etdi və artıq 1960-70-ci illərdə kompakt ekspirator cihazlar ventilyatorların əsas növünə çevrildi. SSRİ-də “RO” ventilyatorlar seriyasının istehsalına başlandı. Onlar həm mexaniki, həm də avtomatik ötürücülərlə istehsal edildiyi üçün istifadəsi asan və səmərəli idi. Nəticədə, yeni bir cihaz növü ortaya çıxdı – “xəstənin yerləşdirildiyi və vaxtaşırı havanın boşaldıldığı mənfi təzyiq kamerası”. Yaranan vakuum sinə üzərində əmzikli təsir göstərərək tənəffüs yollarında mənfi təzyiq yaradır və bununla da nəfəs almağı təmin edirdi. Bu gün müasir cihazlar sayəsində müxtəlif xəstəliklər, hətta ən ağır xəstəliklərdən əziyyət çəkən insanlarn sağlamlığını belə stabil saxlamaq mümkündür. Təqdim edilən məqalədə süni tənəffüs aparatına zərurət yaradan səbəblər, texnologiyası və tətbiqi haqqında məlumatlar yer almış, süni tənəffüs aparatlarının təsnifatı aparılaraq hansı hallarda ona göstəriş olması haqqında ətraflı məlumat verilmiş, onların tənzimlənməsi və texnologiyasına dair məlumatlar araşdırılmışdır.
Açar sözlər: süni tənəffüs aparatı, müasir texnologiyalar, tibbi avadanlıqlar, tənəffüs proseslərinin bərpası, ilk nəfəs aparatları

Ravan Amin Qambarov

Application technology of artificial respiratory in medicine
Abstract
The polio epidemic of the 1940s and 1950s gave rise to the first generation of modern ventilators. Frequent accidents in medicine contributed to its development, and already in the 1960s and 1970s, compact expiratory devices became the main type of fans. Production of the RO fan series began in the USSR. They were easy to use and efficient because they were manufactured with both mechanical and automatic transmissions. As a result, a new type of device has emerged - a "negative pressure chamber in which the patient is placed and periodically ventilated." The resulting vacuum created a sucking effect on the chest, creating negative pressure on the respiratory tract, thereby allowing breathing. Today, thanks to modern devices, it is possible to keep the health of people suffering from various diseases, even the most serious ones, stable. The presented article contains information on the reasons, technology and application of artificial respirators, provides detailed information on the classification of artificial respirators and their indications, information on their regulation and technology.
Key words: artificial respiration, modern technologies, medical equipment, restoration of respiratory processes, first respirators

MƏQALƏNİ YÜKLƏ [163,16 Kb] (yüklənib: 3)


Baxış: 19
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected], [email protected]