Çinarə Zabit qızı İsgəndərli
Azərbaycan Dövlət Pedaqoji Universiteti
magistrant
cinara.isgandarlli@mail.ru
EPİK ƏSƏRLƏRİN İDEYA-MƏZMUN XÜSUSİYYƏTLƏRİNİN
ÖYRƏNİLMƏSİ YOLLARI
ÖYRƏNİLMƏSİ YOLLARI
Xülasə
Ədəbiyyatın tədrisində fəal təlim texnologiyaları əlverişli təlim vasitəsi olaraq həqiqətən özünü doğruldur, yürüdülən müasir təhsil siyasətinin müəyyən etdiyi tələblərə cavab verir. Təlim prosesində fəal/interaktiv təlim metodlarından istifadə müəllimin vəzifəsinin kökündən dəyişməsinə və daha mühüm əhəmiyyət kəsb etməsinə səbəb olur. Müəllim bilikləri hazır şəkildə çatdıran deyil, araşdırma, təhlil və müzakirələrdə şagirdlərlə tərəf müqabillik edən tərəfə çevrilir. O, şagirdlərlə əməkdaşlıq edir və onların lazım olan məlumatları müstəqil əldə etmələrinə nail olur. VIII sinif ədəbiyyat dərsliyinə epik və lirik əsərlər daxil edilib. Şagirdlərin yaş və anlama səviyyələri nəzərə alınaraq dramatik əsərlər proqramda öz əksini tapmayıb. Dərslikdə epik janrda yazılan əsərlər üstünlük təşkil edir.
Açar sözlər: epik, müqayisə, təhlil, metod, ədəbiyyat
Chinara Zabit Isgandarli
Azerbaijan State Pedagogical University
master student
Ways of studyıng the ıdea-content propertıes of epıcworks
Abstract
Active learning technologies in the teaching of literature really prove themselves as a convenient learning tool, meeting the requirements set bythe modern educational policy. Theuse of active / interactive teaching methods in the learning process causes thet eacher's role to change radically and become more important. The teacher is not the one who conveys knowledge in a ready-made way, but the one who interacts with students in research, analysis and discussion. He collaborates with students and makes them access the information they need independently. Epic and lyrical works are included in the 8th grad eliterature text book. Taking into account the age and level of understanding of students, dramatic works were not reflected in the program. The textbook is dominated by works written in the epic genre.
Keywords: epic, comparison, analysis, method, literature
MƏQALƏNİ YÜKLƏ
[296.82 Kb] (yüklənib: 28)
Baxış:
460