Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Emin Gündüz oğlu Babayev
Bakı Dövlət Universiteti
dissertant
Məleykə Nəsib qızı Bayramova
Bakı Dövlət Universiteti
hüquq üzrə fəlsəfə doktoru

XARİCİ ÖLKƏLƏRİN CİNAYƏT QANUNVERİCİLİK TARİXİNDƏ SEKSUAL
 XARAKTERLİ ZORAKILIQ HƏRƏKƏTLƏRİNƏ GÖRƏ MƏSULİYYƏT MƏSƏLƏSİ
Xülasə
Seksual cinayətlərə görə məsuliyyət məsələsi barədə xarici ölkələrin qanunvericiliyinin tarixi araşdırılaraq müqayisə edilmişdir. Belə məlum olur ki, seksual xarakterli cinayət əməllərinə görə məsuliyyət məsələsi müxtəlif dövrlərdə müxtəlif dövlətlərdə müxtəlif qaydada nəzərdə tutulmuşdur. Fransanın, İspaniyanın, Almaniyanın nəzərdən keçirilmiş cinayət məcəllələrindən fərqli olaraq, İsveçrə Cinayət Məcəlləsi zorlama və seksual xarakterli zorakılıq əməllərini nəzərdə tutan cinayətləri aydın bir şəkildə fərqləndirir. İngiltərə qanunvericiliyində seksual xarakterli zorakılıq hərəkətlərinin müstəqil anlayışı yoxdur, belə hərəkətlər zorlama anlayışı ilə əhatə edilir. Müttəfiq respublikalar içərisində yalnız Ukrayna (118-ci mad.), Moldoviya (103-1-ci mad.) və Estoniya (115-ci mad.) respublikalarının CM-lərində cinsi cinayətlər konkretləşdirilərək uşaqbazlıq müstəqil tərkib kimi nəzərdə tutuldu. Məlum olur ki, seksual xarakterli cinayət əməllərinə görə məsuliyyət məsələsi müxtəlif dövrlərdə müxtəlif dövlətlərdə müxtəlif qaydada nəzərdə tutulmuşdur. Lakin belə hal hər bir dövlət daxilində bu qisim cinayət əməlləri ilə səmərəli mübarizə işinə xələl gətirmir. 
Açar sözlər: seksual cinayətlər, homoseksual münasibətlər, zorlama, uşaqbazlıq, zorakılıq

Emin Gunduz Babayev
Maleyka Nasib Bayramova

Responsibilty for sexual violence in the history of foregin criminal law
Abstract
The history of foreign legislation on liability for sexual crimes has been studied and compared. It turns out that the issue of liability for sexual offenses has been considered differently in different countries at different times. Unlike the criminal codes of France, Spain, and Germany, the Swiss Criminal Code clearly distinguishes between crimes of rape and sexual violence. There is no independent definition of sexual violence in English law, such acts are covered by the concept of rape. Among the Allied republics, only the CCs of Ukraine (Article 118), Moldova (Article 103-1) and Estonia (Article 115) specified sex crimes and considered child molestation as an independent component. It turns out that the issue of liability for sexual offenses has been considered differently in different countries at different times. However, this does not affect the effective fight against this type of crime within each state.
Key words: sexual crimes, homosexual relations, rape, child molestation, violence

MƏQALƏNİ YÜKLƏ [184,52 Kb] (yüklənib: 44)


Baxış: 328
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]