Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Ləman Aslan qızı Məmmədova
Naxçıvan Müəllimlər İnstitutu
müəllim 

AZƏRBAYCANIN GÖRKƏMLİ QADIN RƏSSAMLARININ PORTRET XƏZİNƏSİ
Xülasə
Məqalədə Maral Rəhmanzadə, Vəcihə Səmədova, Elmira Şahtaxstinskaya kimi görkəmli Azərbaycan rəssamlarının bəzi əsərləri təhlil edilmişdir. Maral Rəhmanzadənin, mahir fırça ustasının portret əsərləri incəsənətimizin tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olmuşdur. Böyük rəssamın portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri son dərəcə özünəməxsusluğu ilə səciyyələnir. Maral Rəhmanzadənin yaradıcılığında başlıca xüsusiyyətlərdən biri Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin, məğrurluğun və zəngin mənəvi aləmin parlaq vəhdətidir. Azərbaycanın görkəmli rəssamı Vəcihə Səmədovanın tablolarında isə biz maraqlı rəng çalarları, milli kolorit, kompozisiyanın dinamikliyini və böyük ustalıq görürük. Görkəmli rəssamın belə xüsusiyyətləri ilə seçilən tabloları dünya muzeylərində layiqli yer tutur. Elmira Şaxtaxtinskaya isə daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. Rəssamın Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyası yüksək sənətkarlığı ilə fərqlənir: Üzeyir Hacıbəyovun portreti, Hüseyn Cavidin portreti, Qara Qarayevin portreti, Əcəmi Naxçıvaninin portreti, Sultan Məhəmmədin portreti, Məhəmməd Füzulinin portreti, Məhsəti Gəncəvinin portreti və b.
Açar sözlər: qadın rəssam, portret, XX əsr təsviri sənəti, rəssam, rəngkarlıq, bədii obraz, rəsm qalereyası

Leman Aslan Mamedova

Portrait treasury of great Azerbaijan female artists
Abstract
The article analyzes some of the works of such outstanding Azerbaijan artists as Maral Rahmanzade, Vajiha Samadova, Elmira Shahtakhstinskaya. The portraits of the great master of the brush Maral Rahmanzade entered the history of our art as valuable examples of painting. The works of the great artis, considered an example of high skill in the genre of portraiture, are distinguished by high originality. One of the main features of Maral Rahmanzade’s creativity is a bright unity of beauty, fragility, pride and rich spiritual world of Azerbaijan women. In the paintings of the outstanding Azerbaijan artist Vajiha Samadova, we see interesting shades of colour, national color, dynamism of composition and great skill. The painting s of the famous artist, characterized by such features, a worthy place in museums around the world. Elmira Shahtakhstinskaya is best known as the author of posters and picturesque paintings. Elmira Shahtakhstinskaya has created a portrait gallery of Azerbaijan culture and science figures, which is distinguished by high skill of execution: portrait of Uzeyir Hajibeyov, portrait of Huseyn Javid, portrait of Gara Garayev, portrait of Ajami Nakhchivani, portrait of Sultan Muhammad, portrait of Muhammad Fizuli, portrait of Mehseti Ganjavi, etc.
Key words: artist, portrait, 20th century fine art, artist, painting, artistic image, art gallery

MƏQALƏNİ YÜKLƏ [247,97 Kb] (yüklənib: 30)


Baxış: 360
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]