Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Arzu Ağanəhməd qızı Mirzəyeva
Azərbaycan Tibb Universiteti
müəllim

BƏDƏN DİLİMİZ NƏLƏR DANIŞIR
Xülasə
"Bədən dili" insanın emosional vəziyyətinin xarici təzahürüdür. Bu özünü mimika və jestlərdə ifadə edir. İnsani qaməti də, yerişi də jestikulyasiyaya daxildir. "Görünüş" adlandırdığımız bu obraz öz sahibi, onun emosional xüsusiyyətləri haqqında informasiya ötürür. Sifətin diaqnostikası zamanı insanın emosional vəziyyətini,sağlamlığını, psixoloji durumunu müəyyən etmək olur. Qaşlar, gözlər, burun, çənə və qulaqlara görə insanın xarakteri müəyyənləşdirilir. İnsanın təbəssümünün və gülüşünün öz möcüzəsi və mənası var. Gözlərin quruluş və formasından başlamış, baxışların növlərinə qədər insanın fikirlərini, danışığını və davranışını idarə edir. Başın, qolların, əllərin, ayaqların duruşu da insan haqqında informasiya ötürür. Beyinlə əllər arasındakı bağlar, digər orqanlar arasındakı bağlardan çoxdur. Sual olunur: Siz görüşdüyünüz adamın əlini necə sıxırsınız? Hakimiyyət, nüfuz, itaət - hamısı buradan başlayır, yəni ilk görüşdən. Məşhur Xəfiyyə Şerlok Holmosun təbirincə desək, insanın hansı peşə sahibi olduğunu onun dırnaqlarına, paltosunun, köynəyinin qollarına, ayaqqabılarına, şalvarının dizlərinə, barmaqlarındakı döyənəklərə, üzünün ifadəsinə baxan kimi bilmək olur. "Bədən dili"ni öyrənmək nəyin niyə baş verdiyini dərk etməyimizə kömək etdiyi üçün, yaşamağı asanlaşdırır. Ünsiyyət zamanı daha gözüaçıq olmaq başqalarını və nəticədə özümüzü daha dərindən, yaxşı anlamağı öyrətməkdir.
Açar sözlər: bədən dili, emosiya, nitq, mimika, jestikulyasiya

Arzu Aganahmad Mirzayeva

What our bady language tells
Abstract
"Body language" is an external manifestation of a person's emotional state. It manifests itself in facial expressions and gestures. Gesticulation include both posture and gait. This image, which we call "appearance", conveys information about its owner, its emotional characteristics. During the diagnosis of the face, it is possible to determine the emotional state, health and psychological state of the person. Eyebrows, eyes, nose, chin and ears determine a person's character.
A person's smile and laughter have their own miracle and meaning. It controls a person's thoughts, speech, and behavior, from the structure and shape of the eyes to the types of views. The position of the head, arms, hands and feet also convey information about a person.The connections between the brain and the hands are greater than the connections between other organs. The question is: How do you shake the hand of the person you meet? Power, authority, obedience - it all starts here, that is, from the first meeting.
According to the famous detective Sherlock Holmes, it is possible to know a person's profession by looking at his nails, coat, sleeves, shoes, knees of his pants, bruises on his fingers, facial expressions.
Learning body language helps us to understand why things happen and makes life easier. It is to teach us to be more open in communication, to understand others and, as a result, ourselves better.
Key words: body language, emotion, speech, mimicry,pantomime, gesture

MƏQALƏNİ YÜKLƏ [158,96 Kb] (yüklənib: 135)


Baxış: 362
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]