Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Vüsal Sədi oğlu Hacıyev
Dövlət Gömrük Komitəsinin Akademiyası
magistrant

GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ TƏRƏFİNDƏN
 TÖRƏDİLƏN VƏZİFƏ CİNAYƏTLƏRİNİN KRİMİNALİSTİK XARAKTERİSTİKASI
Xülasə
Məqalədə həm vəzifə cinayətlərinin, həm də gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən törədilən vəzifə cinayətlərinin kriminalistik xarakteristikasının anlayışı və mahiyyəti göstərilməklə yanaşı, hüquq ədəbiyyatlarında ona verilən anlayış və izahatlardan da bəhs edilir. Bununla yanaşı, tədqiqatda ayrıca olaraq, həmin cinayətlərin kriminalistik xarakteristikasının hüquqi təhlili də aparılır. Məlumdur ki, vəzifə cinayətləri cəmiyyətdə idarəetmə aparatı yarandığı vaxtdan mövcud olsa da, bu qrup cinayətlərin baş vermə tezliyi və yayılma miqyası müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə heç də eyni deyildir. Bu fikirləri eynilə gömrük sahəsində törədilmiş vəzifə cinayətlərinə də aid edə bilərik. Hazırda, ədəbiyyatlarda və bütün dünyada bu istiqamətdə müxtəlif profilaktik tədbirlər aparılsa da, yenə də aparıcı yeri həmin cinayətlərin kriminalistik xarakteristikasının aydınlaşdırılması tutur. Ona görə ki, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən törədilən cinayətlərin kriminalistik xarakteristikası belə ictimai təhlükəli əməllərin kriminalistik əhəmiyyət kəsb edən əlamətləri haqqında məlumatlar sistemidir və bu sistem qeyd olunan əlamətlər arasında qanunauyğun əlaqələri əks etdirir, istintaqın konkret vəzifələrinin həlli üçün istintaq fərziyyələrinin qurulması və yoxlanılmasına xidmət edir. Ancaq onu da qeyd edək ki, gömrük sahəsi mütəşəkkil cinayətkar qrupların xüsusi yüksək maraq dairəsinin obyekti olduğu üçün bu sahədəki cinayətlərin araşdırılması xeyli mürəkkəbdir.
Açar sözlər: kriminalistik xarakteristika; vəzifə cinayətləri, gömrük orqanları; istintaq şəraiti; kriminal situasiyalar

Vusal Sadi Hajiyev

Criminal characteristics of official crimes committed by customs officials
Abstract
The article demonstrates the concept and essence of the criminological characteristics of both duty crimes and official crimes committed by customs officials, as well as the concepts and explanations given to it in the legal literature. In addition, the study also provides a juridical analysis of the forensic characteristics of these crimes. It is known that although official crimes have existed in society since the establishment of the administration, the frequency and scale of this group of crimes are not identical, but distinct in different periods and in various countries. The same can be mentioned about the crimes committed in the field of customs. In the same way, we can mention crimes committed in the customs field. However various prophylactic measures are being taken in this direction in the literature and around the world, the headmost role is still to clarify the criminological characteristics of these crimes. Because the juridical characterization of crimes committed by customs officials is a system of information on the forensic signs of such socially detrimental acts, and this system reflects the legitimate relationship between these signs, serves to establish and verify investigative hypotheses to address specific tasks of the inquiry. Nonetheless, it should also be underlined that the investigation of crimes in this area is very complicated, as the customs area is the object of special interest of organized criminal groups.
Key words: criminological characteristics; official crimes, customs authorities, investigation, interrogation conditions

MƏQALƏNİ YÜKLƏ [162,6 Kb] (yüklənib: 47)


Baxış: 364
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]