Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Sərvinaz Məmmədhəsən qızı Xanlarzadə
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
iqtisad üzrə fəlsəfə doktoru
vuqar.sediyev@mail.ru
Vüqar Mikayıl oğlu Sədiyev
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magsitrant
vuqar.sediyev@mail.ru

ŞUŞA ŞƏHƏRİNİN TURİSTİK POTENSİALININ TƏHLİLİ
Xülasə
Qloballaşmanın və beynəlxalq rəqabətin kəskinləşdiyi indiki dövrdə mövcud potensialdan istifadənin səmərəliliyinin artırılması ölkənin inkişafı üçün prioritet məsələdir. Qeyri-neft sektorunun, xüsusən də turizmin sürətli və şaxələndirilmiş inkişafı Azərbaycanda rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır. Turizm bazarında rəqabət qabiliyyətini təmin etmək məqsədilə ölkəmizdə turizmin müxtəlif növlərinin uzunmüddətli və dinamik inkişafı üçün əlverişli şərait yaradılmışdır.
Ürəyi Şuşa olan, Azərbaycanın mədəniyyət paytaxtı adlandırılan, İslam dünyasının mədəniyyət paytaxtı olmağa iddialı Qarabağ bölgəsinin inanılmaz təbiəti yenidən dünya kurortuna və klinikasına çevriləcək ki, bu da turizmin inkişafına səbəb olacaq. Şuşa Azərbaycan musiqisinin və poeziyasının əsasını təşkil etməklə yanaşı, həm də bir vaxtlar dağ-iqlim kurortu olan, təkcə İttifaqın hər yerindən deyil, həm də dünyadan insanların gəldiyi ölkənin ən gözəl guşələrindən biri hesab olunur. Təəssüf ki, 30 illik erməni işğalı memarlıq dəyərləri ilə yanaşı, bütün kurort infrastrukturunu dağıdıb. Bu gün dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti Qarabağ bölgəsinin infrastrukturunun bərpası və inkişafıdır.
Şuşa şəhərinin nəhəng mədəni potensialı və qədim irsi, eləcə də çoxlu sayda tarixi, arxeoloji və memarlıq xarakterli görməli yerlərinin olması turistləri bu əraziyə cəlb edəcək bir çox ekskursiya marşrutlarının təşkilinə imkan yaradacaq.
Açar sözlər: Azərbaycan, turizm, Qarabağ, işğaldan azad edilmiş ərazilər, Şuşa

Sarvinaz Mammadgasan Khanlarzade
Vugar Michail Sadiyev

Analysis of tourist potential of the city of Shusha
Abstract
In the current period of globalization and intensification of international competition, increasing the effectiveness of the use of existing potential is a priority direction of development of the country. The rapid and diversified development of the non-oil sector, especially tourism, plays an important role in the formation of a competitive and sustainable economy in Azerbaijan. In order to ensure competitiveness in the tourist market, favorable conditions for long-term and dynamic development of different types of tourism in our country have been created. The incredible nature of the Karabakh region, the heart of which is Shusha, named after the cultural capital of Azerbaijan, claiming to be the cultural capital of the Islamic world, will once again become a world-famous resort and treatment resort.
Shusha is the basis of Azerbaijani music and poetry, and is also considered one of the most beautiful corners of the country, which at the time was a mountainous climatic resort, where they visited not only the whole Union, but also the world. Unfortunately, the 30-year-old Armenian occupation outfit with architectural values destroyed the entire resort infrastructure. Today, the priority is given to the economic policy of our state, the restoration of infrastructure and the development of the Karabakh region. The huge cultural potential and ancient heritage of the city of Shushi, as well as the large number of landmarks of historical, archeological and architectural character give the opportunity to organize a variety of excursions and excursions.
Key words: Azerbaijan, tourism, Karabakh, liberated territories, Shusha

MƏQALƏNİ YÜKLƏ [2.59 Mb] (yüklənib: 49)


Baxış: 501
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az