Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Turqut Mayis Hacızadə
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
turqut041@gmail.com

HEYVANDARLIQ TƏSƏRRÜFATLARINDA MÜHASİBAT UÇOTUNUN
NƏZƏRİ VƏ PRAKTİKİ ƏSASLARI
Xülasə
Heyvandarlıq təsərrüfatlarında mühasibat uçotu və auditin təşkili üçün ölkəmizdə mühüm addımlar atılır. Bu təsərrüfat sahəsində muhasibat uçotunun və auditin təşkilinin metodikasının və praktiki qaydalarının öyrənilməsi kənd təsərrüfatı və aqrar sahədə mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə heyvandarlıq təsərrüfatlarında resursların idarə edilməsi və şəffaflığın təmin olunmasında mühasibat uçotu və auditin rolu danılmazdır. Lazımı informasiya mənbələrinin araşdırılması və təhrif edilmiş mənbələrin aradan qaldırılması, həmçinin təsərrüfatda olan statistik rəqəmlər üzrə uçotun aparılması bu fəaliyyətin tənzimlənməsində lazımi faktorlardır. Heyvandarlıq təsərrüfatlarında uçot sənədlərinin hazırlanması, sənəd dövriyyəsinin təşkili və idarə edilməsi yaxşı mənimsənilmiş mühasibat uçotu prosesi əsasında mümkündür. Bunun üçündə ölkə regionları ərazilərində aparılan təsərrüfat təcrübələrinə nəzər salmaq lazımdır. Digər ölkə təcrübələrində hesab uçotu sənədlərinə nəzər yetirərək, ölkəmizdə tətbiq etmək daha effektiv olardı. Məhz mövzumuzun aktuallıq prinsipidə sırf heyvandarlıq təsərrüfatlarında mühasibat uçotunun və auditin təşkilidir.
Heyvandarlıqda əmək vəsaiti sərfi birinci növbədə amortizasiyanın hesablanması və təmir fonduna ayırmalar üzrə sənədlərdə qeyd olunur. Sənəd formaları bitkiçilikdə əsas vəsaitlər üzrə amortizasiya hesablandıqda və təmir fonduna ayırmalar aparıldıqda istifadə olunur.
Açar  sözlər: heyvandarlıq, təsərrüfat, mühasibat uçotu, amortizasiya, əmək

Turgut Mayis Hajizade

Theoretical and practical basis of accounting in livestock farms
Abstract
 Important steps are being taken in our country to organize the accounting and auditing of livestock farms. It is important to study the methodology and practical rules of accounting and auditing in this area of agriculture. In modern times, the role of accounting and auditing in the management of resources and ensuring transparency in livestock farms is undeniable. Investigation of necessary sources of information and elimination of distorted sources, as well as keeping records of farm statistics are necessary factors in regulating this activity. Preparation of accounting documents in livestock farms, organization and management of document flow is possible on the basis of a well-mastered accounting process. In all three, it is necessary to look at the economic practices conducted in the regions of the country. In the experience of other countries, it would be more effective to apply in our country, looking at the accounting documents. The principle of the relevance of our topic is the organization of accounting and auditing in livestock farms.
Labor consumption in livestock is primarily recorded in the documents on the calculation of depreciation and allocations to the repair fund. Document forms are used in plant growing when calculating the depreciation of fixed assets and making allocations to the repair fund.
Key words:livestock, economy, accounting, amortization, work

MƏQALƏNİ YÜKLƏ [2.04 Mb] (yüklənib: 58)


Baxış: 529
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az