Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Pünhan Nizami oğlu Quliyev
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
magistrant
guliyevpunhan@gmail.com

QARABAĞ İQTİSADİ RAYONUNDA TURİZMİN YARADILMASININ
QARŞILAŞA BİLƏCƏYİ POTENSİAL PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ
Xülasə
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri 30 il erməni işğalı altında olan ərazilərdə əks-hücum əməliyyatlarına başlamış və sadəcə 44 gün ərzində tarixi Azərbaycan ərazisi olan Qarabağı işğaldan azad etmişdir. İşğaldan azad edilmiş ərazilərdə müharibə bitər-bitməz, hətta bəzi yerlərində müharibə davam edərkən yenidənqurma işlərinə start verilmişdir. Təbii olaraq Qarabağ bölgəsinin işğalından sonra hökumət dərhal həmin ərazilərdə iqtisadi inkişafa nail olmaq üçün bir sıra tədbirlər həyata keçirməyə başlamışdır. Belə ki, bu tədbirlər çərçivəsində bir sıra ilkin planlar hazırlanmış və müvafiq dövlət icra orqanlarına təhvil verilmişdir. Həmən ərazilərdə iqtisadiyyatın inkişafına təkan verən iqtisadi sahələrdən biri də turizmdir və bu ərazilərdə turizmin inkişafı üçün böyük potensial mövcuddur.Tədqiqatın əsas məqsədi bu ərazilərdə turizmin yaradılması və inkişafı yolunda yarana biləcək problemləri təyin etmək və bu problemlərin potensial həll yollarını aydınlaşdırmaqdır.Bu tədqiqatda dünya ölkələrinin praktikasında işğaldan azad edilmiş ərazilərdə turizmin qarşılaşmış olduğu bəzi problemlərin, turizmin yenidən qurulmasını zamanı ortaya çıxa biləcək problemlərin və həmin dövlətlərin bu problemlərə hansı şəkildə yanaşması sayəsində həll yollarının ortaya çıxarılması vasitəsilə inkişafa nail olunmasını Qarabağ modeli üzərində hazırlanmasına toxunulmuşdur. Tədqiqatın nəticəsində işğaldan azad edilmiş ərazilərdə turizmin yaradılması zamanı dövlətin qarşılaşa biləcəyi bəzi əsas problemlər təyin edilmiş və onlara həll yolları təklif edilmişdir.
Açar sözlər: işğaldan azad edilmiş ərazilər, turizm, Qarabağ iqtisadi rayonu, problemlər, turist

Punhan Nizami Guliyev

Potential challenges facing the establishment of tourism
in Karabakh economic region and their solutions
Abstract
In 2020, by order of Supreme Commander-in-Chief Ilham Aliyev, the Azerbaijani Armed Forces launched a counter-offensive in the territories that Armenian occupied 30 years ago, and liberated the historical Azerbaijani territory of Karabakh in just 44 days, and even reconstruction work began in some areas during the war. After the liberation of the Karabakh region, the government began to take some steps to achieve economic development in those areas. According to these measures, a number of preliminary plans were prepared and submitted to the relevant state executive bodies. One of the economic sectors that stimulates the development of the economy in these areas is tourism which is great potential for the development in these areas. The main purpose of the study is to find out potential problems in the establishment and development of tourism in these areas and to identify possible solutions to these problems. The study discusses some of the problems faced by tourism in the liberated territories in the practice of the world, the problems that may arise during the reconstruction of tourism and the development of solutions to these problems through the Karabakh model. As a result of the study, some of the main problems that the state may face in the establishment of tourism in the liberated territories were identified and suggested solutions.
Key words: : liberated territories., tourism, Karabakh economic region, tourist

MƏQALƏNİ YÜKLƏ [2.48 Mb] (yüklənib: 54)


Baxış: 674
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az