Cavadxan Yusif oğlu Qasımov
Naxçıvan Dövlət Universiteti
iqtisad üzrə fəlsəfə doktoru, dosent

MƏŞĞULLUQ VƏ İŞSİZLİK ANLAYIŞLARININ ƏSASLANDIRILMASI:
 ELMİ MAHİYYƏTİ VƏ MÜASİR YANAŞMA
Xülasə
Məqalədə qeyd olunmuşdur ki, məşğulluq və işsizlik anlayışları malik olduğu elmi-nəzəri əhəmiyyətinə görə öz aktuallıqlarını qorumaqdadır. Bəşər cəmiyyətinin mövcud olduğu dövrlər üzrə bu anlayış, özünü gerçək fəaliyyətin hərəkətverici amili olaraq göstərmiş və daha çox təcrübi mahiyyət kəsb etmişdir. Göstərilmişdir ki, məşğulluq və işsizlik iqtisad elminin və digər sosial mahiyyətli araşdırmaların mərkəzində olan bir anlayış olub, daha çox ölkələrin milli iqtisadiyyatlarının müvafiq tənzimləyici mexanizmləri ilə nizama salınır. Buna görə də, məşğulluq, eyni zamanda, makroiqtisadi proseslərin strateji təzahür forması olaraq özünü göstərməkdədir. Əsaslandırılmışdır ki, məşğulluq, bir tərəfdən, əmək ehtiyatlarından məqsədyönlü istifadənin, bir tərəfdən də, istehsal vasitələrinin müəyyən əmək vərdişlərinə malik olmaqla, cəlbinin nəticəsi olaraq çıxış etməkdədir. İşsizlik isə iş qüvvəsinin hərəkətə gətirilə bilməməsini ifadə etməkdədir. Təbii olaraq, burada, müvafiq qanunvericiliyə xas olan fəaliyyətin təşkili əsas tutulmalıdır. Bütün tərəfləri ilə məşğulluq və işsizlik anlayışları ölkələrin bütün dövrlər üzrə milli iqtisadi prioritetlərinin çox zəruri tərəflərini təşkil etməkdədir. Məhz qeyd olunanları əsas tutaraq, məşğulluq və işsizlik haqqında araşdırmaq aparılması məqsədəuyğun hesab olunmuşdur.
Açar sözlər: məşğulluq, işsizlik, makroiqtisadi inkişaf, sosial siyasət, tənzimlənmə, istehsal vasitəsi, əmək vərdişləri

Javadkhan Yusif Gasımov

Justification of the concepts of employment and unemployment:
 scientific nature and modern approach
Abstract
It is mentioned in the article that the concepts of employment and unemployment maintain their relevance due to their scientific-theoretical importance. This understanding of the periods in which human society exists has shown itself as a driving factor of real activity and has acquired a more experimental essence. It has been shown that employment and unemployment is a concept in the center of economic science and other social studies, and it is regulated by the relevant regulatory mechanisms of the national economies of most countries. Therefore, employment, at the same time, appears as a form of strategic manifestation of macroeconomic processes. It is justified that employment, on the one hand, is the result of the purposeful use of labor resources, and on the other hand, the attraction of means of production with certain labor habits. Unemployment means that the labor force cannot be mobilized. Naturally, here, the organization of the activity specific to the relevant legislation should be taken as a basis. The concepts of employment and unemployment with all their aspects are very necessary aspects of the national economic priorities of countries for all periods. Based on the above mentioned, it was considered appropriate to conduct research on employment and unemployment.
Key words:employment, unemployment, macroeconomic development, social policy, regulation, means of production, labor habits

MƏQALƏNİ YÜKLƏ [3,46 Mb] (yüklənib: 3)


Baxış: 19
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
https://aem.az
E-mail:
[email protected], [email protected]