Sevinc Yaşar qızı Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
müəllim

AZƏRBAYCAN ƏDƏBİ DİLİ VƏ DAXİLİ  NİTQ PROBLEMLƏRİ
Xülasə
Azərbaycan ədəbi dili lüğət tərkibi sovet dövrünə istər zənginləşmə mənbələrinə, istərsə də funksional üslubi diferensiasiya səviyyəsinə münasibətdə özünəməxsus tarixi xarakteri ilə gəlir və bu xarakter onun sovet dövründəki inkişafına bilavasitə təsir edir.Azərbaycan ədəbi dilinin tarixi, o qədər də sistemli və ardıcıl olmayan bir sıra təşəbbüsləri nəzərə almasaq, əsrimizin 30-cu illərindən etibarən araşdırılmağa başlanılmışdır. Azərbaycan ədəbi dilinin inkişafı, onun ictimai təsirinin çoxalması baxımından keçmiş sovet dövrü, ədəbi dilin mərhələləri içərisində xüsusi əhəmiyyətə malikdir. Uzun əsrlər boyu zəngin ənənələr qazanmış ədəbi-bədii üslubla yanaşı, ədəbi dilin publisistik, elmi və epistolyar üslubları cəmiyyətin inkişafı ilə əlaqədar bu dövrdə daha da aparıcı mövqeyə çıxmağa başlamışdır. Ədəbi dilimizin bu dövrünün əsaslı tədqiqi ona görə dilçilərin qarşısında həmişə aktual bir mənbə kimi qalır ki, tədqiqatın bu istiqamətdə aparılması prosesində Azərbaycan ədəbi dilinin sonrakı inkişaf yolları aydınlaşdırılır, müxtəlif dil faktlarını ümumiləşdirməklə mütərəqqi meyar aşkara çıxarılır, müəyyən elmi nəticələr əldə etməyə imkan verir. Azərbaycan ədəbi dili Azərbaycan ümumxalq dili əsasında və kifayət qədər mürəkkəb etnolinqvistik proseslərin nəticəsi kimi təşəkkül tapmışdır. Bu barədə birbirini çox hallarda istisna edən mülahizələr mövcuddur. Lakin 80-ci illərin ortalarından etibarən Azərbaycan xalqının, Azərbaycan dilinin (o cümlədən ədəbi dilin) mənşəyi ilə əlaqədar müəyyən ümumi qənaətlər formalaşmaqda və milli tarixi-filoloji təfəkkürün əsaslarını təşkil etməkdədir. Azərbaycan dili, məlum olduğu kimi, ən qədim zamanlardan Avrasiyada   geniş yayılmış türk dilləri qrupuna daxildir. Dil (eyni zamanda ədəbi dil) prosesləri ictimai mahiyyəti etibarilə etnik proseslərlə sıx bağlıdır.
Açar sözlər: dövr, qrammatika, lüğət, əsər, şeir

Sevinj Yashar Mammadova

Azerbaijani literary language and internal speech problems
Abstract
The vocabulary of the Azerbaijani literary language comes to the Soviet period with its own historical character, both in relation to the sources of enrichment and the level of functional stylistic differentiation, and this character directly affects its development in the Soviet period.
The history of the literary language of Azerbaijan, if we do not take into account a number of initiatives that are not so systematic and consistent, started to  investigate from the 30s of our century. From the point of view of the development of the literary language of Azerbaijan and the increase of its social influence, the former Soviet period is of special importance among the stages of the literary language. In addition to the literary and artistic style, which has gained rich traditions for many centuries, journalistic, scientific and epistolary styles of the literary language began to take a leading position in this period due to the development of society. Fundamental research of this period of our literary language remains a relevant source for linguists because in the process of conducting research in this direction, the further development paths of the Azerbaijani literary language are clarified, a progressive criterion is revealed by summarizing various linguistic facts, and it allows to obtain certain scientific results. The literary language of Azerbaijan was formed on the basis of the national language of Azerbaijan and as a result of rather complex ethnolinguistic processes. There are often mutually exclusive opinions about this. However, since the mid-1980s, certain general conclusions regarding the origin of the Azerbaijani people and the Azerbaijani language (including the literary language) have been formed and form the basis of the national historical-philological thinking. The Azerbaijani language, as it is known, belongs to the group of Turkic languages widely distributed in Eurasia since ancient times. Language (at the same time, literary language) processes are closely related to ethnic processes by their social nature.
Key words: period, grammar, dictionary, work, poem

MƏQALƏNİ YÜKLƏ [3,24 Mb] (yüklənib: 4)


Baxış: 15
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
https://aem.az
E-mail:
[email protected], [email protected]