Cahan Arif qızı Əhmədova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
texnika üzrə fəlsəfə doktoru

NANOSÜZÜLMƏ - XƏZƏR DƏNİZİ SUYUNUN SƏMƏRƏLİ
 ŞİRİNLƏŞDİRİLMƏ TEXNOLOGİYASI KİMİ
Xülasə
Məqalədə innovativ hesab olunan nanosüzülmə texnologiyası ilə Xəzər dənizi suyunun şirinləşdirilmə prosesinin tədqiqinin nəticələri gətirilir. Tədqiqatlar ABŞ-ın DOW Chemical şirkəti tərəfindən işlənilmiş ROSA kompüter proqramı vasitəsilə NF90-400 markalı membranın misalında yerinə yetirilmişdir. Membran modullarının qoşulma sxeminin, qurğuya verilən dəniz suyunun temperaturunun, ondan alınan şirinləşdirilmiş suyun payının membranlar üzərində CaCO3 və CaSO4 ərpinin yaranma ehtimalına, alınan suyun keyfiyyət göstəricilərinə, eləcə də maya dəyərinə təsiri öyrənilmişdir. Ərpin qarşısını almaq üçün müvafiq təkliflər verilmişdir. Göstərilmişdir ki, membran modulların bir pilləli qoşulma sxeminin istifadəsi ilə dəniz suyunun duzluluğu 12768 mq/dm3-dan  800÷1450 mq/dm3-dək, iki pilləli sxemlə 120÷272 mq/dm3-dək azaldıla bilər. Birinci halda şirinləşdirilmiş suyun maya dəyəri 0,24 AZN/m3, ikinci halda 0,36 AZN/m3 həddində gözlənilir. Alınan suyun içməli şirin su əvəzinə bəzi istifadə sahələri qeyd olunmuşdur.
Açar sözlər: dəniz suyu; şirinləşdirilmə, nanosüzülmə texnologiyası, ROSA proqramı, ərpin yaranması, keyfiyyət göstəriciləri, maya dəyəri

Jahan Arif  Ahmadova

Nanofiltration - as an efficient technology of water desalination of the Caspian sea
Abstract
The article presents the results of the study of the process of sedimentation of the Caspian Sea with the use of innovative nanofiltration technologies. The study was conducted on a sample of NF90-400 membranes using the computer program ROSA, developed by the American company DOW Chemical. Influence of connection schemes of membrane modules, temperature of sea water, supplied to the device, received from it fresh water on the probability of formation of CaCO3 and CaCO4 on membranes, the quality of the received water, and also studied the cost. Corresponding suggestions are made to prevent the formation of nakipi. It is shown that the salinity of seawater can be reduced from 12768 mg/dm3 to 800÷1450 mg/dm3 when using single-stage circuit connection of membrane modules, and up to 120÷272 mg/dm3 with two-stage. In the first case the cost of fresh water is expected at the level of 0,24 AZN/m3, in the second case 0,36 AZN/m3. Cases of use of the obtained water are replaced by fresh water.
Key words: sea water, desalination, nanofiltration technology, ROSA program, scale formation, quality indicators, cost price

MƏQALƏNİ YÜKLƏ [4,04 Mb] (yüklənib: 3)


Baxış: 13
© Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
https://aem.az
E-mail:
[email protected], [email protected]