Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Mirvari Abduləli qızı Eminova
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
dissertant
mirvarieminova@mail.ru
https://orcid.org/0000-0003-1187-8006

XVIII ƏSRİN I YARISINDA AZƏRBAYCANIN XARİCİ VƏ TRANZİT
 TİCARƏTİNDƏ HİND TACİRLƏRİNİN ROLU
Xülasə
Mənbələrdə hind tacirlərinin Azərbaycanda ticarət fəaliyyəti haqqında daha dolğun məlumatlara XV əsrdən başlayaraq rast gəlmək mümkündür. Sonrakı əsrlərdə onlar bu sahədəki fəaliyyətlərini daha da genişləndirmiş, XVII əsrin ortalarından etibarən isə Azərbaycanın tranzit ticarətinin xeyli hissəsini ələ keçirməyə müvəffəq olmuşdular. Bu vəziyyət XVIII əsrin I yarısında da qalmaqda davam edirdi. Əslində, XVIII əsrin 20-40-cı illərini hind tacirlərinin Azərbaycanda fəaliyyətlərinin çiçəklənmə dövrü hesab etmək olar. Bəhs edilən dövrdə onlar Azərbaycanın xarici və tranzit ticarətinin inkişafına ciddi təsir göstərmiş, əmtəə-pul münasibətlərinin inkişafında yaxından iştirak etmişlər. Məqalədə Azərbaycan tarixşünaslığı üçün kifayət qədər aktual olan bütün bu məsələlər, daha konkret desək, hind tacirlərinin Azərbaycan vasitəsilə Avropa-Rusiya-Şərq və Azərbaycan-Rusiya tranzit ticarətinin inkişafında oynadıqları vasitəçi rol tədqiqata yeni cəlb edilmiş materiallar əsasında tədqiq edilmişdir. 
Açar sözlər: tranzit ticarət, xam ipək, hind tacirləri, Bakı limanı, Dərbənd

Mirvari Abdulali Eminova

The role of indian merchants in the foreign and transit trade of Azerbaijan
 in the first half of the 18th century
Abstract
In the sources, it is possible to find more complete information about the trade activities of indian merchants in Azerbaijan starting from the 15th century. In the following centuries, they expanded their activities in this field, and from the middle of the 17th century, they managed to capture a significant part of Azerbaijan's transit trade. This situation continued in the first half of the 18th century. In fact, the 20s-40s of the 18th century can be considered the heyday of Indian merchants' activities in Azerbaijan. In the mentioned period, they had a serious impact on the development of foreign and transit trade of Azerbaijan and closely participated in the development of commodity-money relations. In the article, all these issues, which are quite relevant for Azerbaijani historiography, more specifically, the mediating role played by Indian merchants in the development of European-Russian-Eastern and Azerbaijan-Russian transit trade through Azerbaijan, were studied on the basis of newly included materials.
Keywords: transit trade, raw silk, indian merchants, Baku port, Derbend




Baxış: 500