Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Tənzilə Sərvər qızı Qasımova
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedoqoji Kolleci
qasimovatanzila@gmail.com

SADƏ CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASİYAYA GÖRƏ NÖVLƏRİNDƏ SÖZ SIRASI
Xülasə
Məqalədə söz sırası cümlənin məqsəd və intonasiyaya görə növləri üzərində nəzərdən keçirilir. Dildə söz sırası dedikdə dili, nitqi təşkil edən sözlərin müəyyən bir qanunauyğunluq əsasında düzülməsi nəzərdə tutulur. Bu qanunauyğunluq hər bir dilin daxili qanunlarına əsasən formalaşır. Söz sırası bütün sintaktik vahidlərdə ən mühüm xüsusiyyətlərdəndir. Cümlədə söz sırası cümlənin qrammatik üzvlənmə elementlərinin cümlə üzvlərinin müəyyən bir qaydaya əsasən düzülməsidir. Söz sırası cümlənin kommunikativ xarakterini müəyyənləşdirməkdə aparıcı rol oynayır. Cümlənin kommunikativ xarakteri danışanın cümlədən hansı məqsədlə istifadə etməsini nəzərdə tutur və bu məqsəddən asılı olaraq söz sırası pozula bilər. Danışıq dilində söz sırası demək olar ki, danışanın iradəsindən asılıdır və sərbəstdir. Amma bu sərbəstlik fikrin anlaşılmasında çətinlik yaratmamalıdır.
Açar sözlər: cümlə üzvləri, kommunikativ funksiya, nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi

Tanzila Sarvar Gasimova

 Word order in types of simple sentences according to purpose and intonation 
Abstract
In the article, word order is considered based on the purpose and intonation of the sentence. Word order in a language means that the words that make up the language and speech are arranged according to a certain law. Compliance with this law is formed based on the internal laws of each language. Word order is one of the most important features of all syntactic units. Word order in a sentence is the arrangement of the grammatical elements of the sentence-sentence members according to a certain rule. Word order plays a leading role in determining the communicative character of a sentence. The communicative character of the sentence is the purpose for which the speaker uses the sentence implies, and the word order may be broken depending on this purpose. Word order in spoken language almost depends on the will of the speaker and is free. But this freedom should not cause difficulty in understanding the idea
Key words:sentencemembers, communicative function, transitive sentence, interrogative sentence, command sentence, exclamatory sentence

MƏQALƏNİ YÜKLƏ [281.94 Kb] (yüklənib: 26)

Baxış: 558
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az