Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
Akifə Çingiz qızı Xəlilova 
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutu
xelilovaakife95@gmail.com
Vüsalə Famil qızı Rüstəmova  
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutu
vusala.rustamova28@mail.ru

QRENANIN İNKUBATOR ŞƏRAİTİNDƏ YENİ TEXNOLOGİYA VASİTƏSİLƏ OYADILMASININ TƏHLİLİ
 
Xülasə
Tədqiqat obyekti olaraq “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunda hazırlanmış və sınaqdan keçirilmiş kəndli-fermer təsərrüfatlarında “Tut ipəkqurdu yumurtasını (qrena) oyadan qurğudur." İşin məqsədi kəndli-fermer təsərrüfatlarında “Tut ipəkqurdu yumurtasını (qrena) oyadan qurğu”sunun elmi cəhətdən əsaslandırılması və işlənməsidir.Qoyulmuş məqsədə nail olmaq üçün kəndli-fermer təsərrüfatlarında ipəkqurdu yumurtasını oyadan qurğunun istifadəsi, onların quruluşu, texniki göstəriciləri və s. məsələlərinin öyrənilməsi və təhlil olunmasıdır. Yüksək barama məhsulu əldə etmək üçün inkubasiya başlanğıcını düzgün təyin etmək lazımdır. Bu ona görə vacibdir ki, müxtəlif yaşdakı ipəkqurdu tırtılları fərqli tut yarpaqları ilə qidalanmalıdırlar. İpəkqurdu tırtıllarını qidalandırmaq üçün ən yaxşı vaxt tutdakı ilk iki yarpağın görünüşü ilə üst-üstə düşməsidir. İnkubasiyanın başlama vaxtı birbaşa tutda yarpaqların açılmasından asılıdır və hər bir təbii zona üçün fərqlidir. Bu amilə xüsusi fikir vermək lazımdır.
Açar sözlər: barama, ipək, ipəkqurdu, inkubasiya, qrena, incubator
Akifa Chingiz Khalilova  
Vusala Famil Rustamova  
 
Abstract
The object of research is the "Device for awakening mulberry silkworm eggs (grena)" developed and tested at the "Agromechanics" Scientific-Research Institute in peasant farms. The purpose of the work is the scientific justification and development of the "device that awakens mulberry silkworm eggs (grena)" in peasant-farmers. In order to achieve the set goal, the use of the silkworm egg hatching device in peasant farms, their structure, technical indicators, etc. is the study and analysis of issues. In order to obtain a high cocoon yield, it is necessary to correctly determine the start of incubation. This is important because silkworm larvae of different ages should be fed different mulberry leaves. The best time to feed silkworm caterpillars coincides with the appearance of the first two leaves on the mulberry. The time of the start of incubation depends directly on the opening of the leaves on the mulberry and is different for each natural zone. Special attention should be paid to this factor.
Keywordscocoon, silk, silkworm, incubation, grena, incubator


 

Baxış: 532