Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/84/44-48

Nigar Rəhman qızı Hüseynova

Bakı Biznes Universiteti

doktorant

nigarrahmanovna@gmail.com


QİDA MƏHSULLARINA İNVESTİSİYALARIN CƏLB EDİLMƏSİNİN STİMULLAŞDIRILMASI


Xülasə

Qida məhsullarının istehsalının və məhsul istehsala qədərki bütün mərhələlərinin modernləşdirilməsi bilavasitə yeyinti sənayesinin inkişaf etməsinə təsir edir. Yeyinti sənayesinin modernləşdirilməsi prosesi dedikdə isə müasir texnologiyalardan istifadə edilməsi və istehsal prosesinin innovasiyalaşdırılması başa düşülür və ilk növbədə investisiyaların cəlb edilməsini özündə ehtiva edir. 

Yeyinti sənayesinə investisiyaların cəlb edilməsi prosesi və onun stimullaşdırılması, eyni zamanda qeyri-neft sektorunun inkişafında təsir edir. Yeyinti sənayesində investisiyaların cəlb edilməsi mahiyyət etibarilə yeni məhsulun yaradılmasına və bütövlükdə iqtisadiyyatda yeni dəyərin formalaşmasına bilavasitə istiqamətlənir. Dünya təcrübəsində də göstərilir ki, yeyinti sənayesinə investisiyaların qoyuluşu istehsal edilən məhsulun həcminin artmasına və eləcə də, qlobal bazarda əhəmiyyətli yer tutmalarına şərait yaradır. Yeyinti sənayesi məhsullarının bazarı kifayət qədər parçalanmış xarakter daşıyır. Bu sahədə transmilli şirkətlərin fəaliyyət sahəsində genişlənməkdə davam edir. Lakin transmilli şirkətlər dünya bazarında sənaye məhsulları ilə bağlı öz seqmentlərini, daha doğrusu, paylarını sürətlə artırmaqda maraqlıdırlar. Odur ki, respublikamızda qida sənayesi müəssisələrinə investisiya qoyuluşlarının həyata keçirilməsi, eləcə də bu sahəyə xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə zəruri stimullaşdırıcı tədbirlərin görülməsi vacib şərtlərdəndir. 

Açar sözlər: yeyinti sənayesi, investisiya, stimullaşdırma, qida məhsulları, emal


Nigar Rahman Huseynova


Promoting foreign investment in food products


Abstract

Modernization of the production of food products and all stages before production directly affects the development of the food industry. The process of modernization of the food industry means the use of modern technologies and the innovation of the production process, and it primarily includes the attraction of investments. 

The process of attracting investments to the food industry and its stimulation also affects the development of the non-oil sector. Attracting investments in the food industry is essentially directly directed to the creation of a new product and the formation of new value in the economy as a whole. The world experience also shows that investing in the food industry creates conditions for the increase of the volume of the produced products and also for them to take a significant place in the global market. The market of food industry products is quite fragmented. But multinational companies are interested in rapidly increasing their segment of industrial products in the world market. Therefore, the implementation of investments in food industry enterprises in our republic, as well as the attraction of foreign investments in this field and the implementation of necessary stimulating measures for this purpose are important conditions.

Keywords: food industry, investment, stimulation, food products, processing



MƏQALƏNİ YÜKLƏ [626.86 Kb] (yüklənib: 27)

Baxış: 365
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az