DOI: https://doi.org/10.36719/2663-4619/84/67-72
Səlahət Akif qızı Ağazadə
Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyası
magistrant
Günay İlham qızı Həsənova
Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyası
magistrant
HİBRİD MÜHARİBƏ ANLAYIŞI VƏ ONUN ERMƏNİSTANIN XARİCİ
SİYASƏTİNDƏ ROLU
Xülasə
Dövrün tələbatına əsasən müharibələrin təbiətindəki dəyişikliklər onlarda istifadə olunan silah və texnologiyalardan tutmuş, strategiya və taktikalarında özünü göstərmişdir. Soyuq müharibədən sonra yeni dövrün başlaması ilə müharibələr daha gizli, intensiv və daxili münaqişələr şəklində nümayiş olunan, müxtəlif qüvvələr tərəfindən müxtəlif strategiyalardan istifadə edildiyi, hibrid müharibələrə çevrilmişdir. Hibrid müharibə tam olaraq yeni bir anlayış olmasa belə, XXI əsr müharibələrində yeni texnologiyaların və strategiyaların işığında daha təkmil şəkildə özünü göstərir. Araşdırmada hibrid müharibənin təbiəti və elementlərinə toxunulmaqla yanaşı, yeni dövrə uyğun olaraq onun göstərdiyi dəyişiklik və buna aid nümunələrə nəzər salınmışdır. Ən bariz nümunə kimi Ermənistanın hibrid siyasətinin qısa tarixi və İkinci Qarabağ müharibəsində bu siyasətin hansı mərhələyə daşınması araşdırılmışdır.
Açar sözlər: hibrid müharibə, hibrid müharibə elementləri, yeni nəsil müharibələr, terrorizm, Ermənistanın hibrid müharibə siyasəti, İkinci Qarabağ müharibəsi
Salahat Akif Aghazade
Gunay Ilham Hasanova
The concept of hybrid war and its role in the foreign policy of Armenia
Abstract
The methods and tactics utilized in conflicts, as well as the weaponry and technologies employed in them, have changed as a result of the demands of the times. After the end of the Cold War, battles have evolved into hybrid warfare, which take the shape of more intense, internal, covert confrontations in which many parties employ a variety of tactics. Even if the idea of hybrid warfare is not technically new, it is evolving in light of new technologies and tactics used in 21st century conflict. The study not only discusses the nature and components of hybrid conflict, but also demonstrates how it has changed and is related to other contemporary examples. The most notable example of this is found in the examination of the brief history of Armenia’s hybrid policy and its manifestation in the Second Karabakh War.
Keywords: hybrid warfare, hybrid war elements, new generation warfare, terrorism, Armenia's hybrid war policy, The Second Karabakh war