DOI: https://doi.org/10.36719/2663-4619/84/102-109
Nazilə İsgəndər qızı Salmanova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
kimya elmləri namizədi
nazilya.salmanova@gmail.com
Samirə Aydın qızı Qəribova
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
samira_zo@mail.ru
Fidan Höccət qızı Abdullayeva
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
fidan1999.1906@gmail.com
Teyfə Kamal qızı Şərifova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
hteyfa@gmail.com
AQRAR-SƏNAYE TULLANTILARININ EMALININ ƏHƏMİYYƏTLİ NƏTİCƏLƏRİNİN TORPAQ MÜNBİTLİYİNƏ TƏSİRİ
Xülasə
Qida maddələrinin bioloji dövranında əsas göstəricilərdən biri, torpaqdan aparılan qida elementlərinin miqdarı və bitki orqanları ilə torpağa qaytarılan elementlərin miqdarı arasında olan nisbətin düzgün öyrənilməsidir.
Azərbaycan mürəkkəb relyef və təbii iqlim şəraitinə malik, qədim suvarma əkinçiliyi ölkəsidir. Onun ümumi torpaq fondu 8660 min hektar, əhalisi 9,0 milyon nəfərdir. Dünyada mövcud olan 11 təbii-iqlim zonasından 9-na burada rast gəlinir.
Ümumi torpaq fondunun 45,1%-i (3901,4 min hektar) kənd təsərrüfatında istifadə oluna bilmir (1037,8 min hektarı meşəliklər, 142,5 min hektarı su hövzəsinin, 2721,1 min hektarı digər sahələrdir).
Bu bitkilərin bioloji xüsusiyyətlərindən və onların becərildiyi zonadan asılı olaraq kəskin dəyişə bilər. Məsələn, subtropik meşələr ildə hər hektardan 993 kq qida elementləri mənimsənildiyi halda, onun 795 kq-ı tökülən orqanlarla qaytarılır. Qida maddələrinin bioloji dövranı nəticəsində torpaqda CO2, N, P, S və digər elementlər toplanır. Bitki tərəfindən ən çox mənimsənilən N və P elementi ən çox torpağın səthində üzvi qalıq toplanan qatda olur.
Açar sözlər: saprofitlər, sideratlar, torpaq, piroliz, biohumus
Nazila Isgandar Salmanova
Samira Aydin Garibova
Fidan Hojjat Abdullayeva
Teyfa Kamal Sharifova
Impact of significant results of agro industrial waste processing
on soil fertility
Abstract
One of the main indicators in the biological cycle of nutrients is the correct study of the ratio between the amount of nutrients taken from the soil and the amount of elements returned to the soil by plant organs. Depending on the biological characteristics of these plants and the zone where they are grown, they can change dramatically. For example, while subtropical forests absorb 993 kg of nutrients from each hectare per year, 795 kg of it is returned by shedding organs. As a result of the biological cycle of nutrients, CO2, N, P, S and other elements accumulate in the soil. N and P elements, which are most absorbed by the plant, are mostly found in the organic residue layer on the surface of the soil.
Keywords: saprophytes, siderites, soil, pyrolysis, biohumus