DOI: https://doi.org/10.36719/2663-4619/84/117-122
Mürsəl Müseyib oğlu Seyidov
Naxçıvan Dövlət Universiteti
biologiya üzrə fəlsəfə doktoru
mursl.seyidov@mail.ru
Nəzrin Nemət qızı Cəfərova
Naxçıvan Dövlət Universiteti
magistrant
nesrin.nemet@gmail.com
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILMIŞ NEPETA CATARIA L. BİTKİSİNİN FLAVONOİDLƏRİNİN KEYFİYYƏT VƏ SPEKTROFOTOMETRİK ANALİZİ
Xülasə
Bitki mənşəli birləşmələrin geniş təsir spektrinə malik olduğu əsrlər boyu məlumdur. Flavonoidlər üzrə tədqiqat və təkminləşdirmə fəaliyyətinin cari tendensiyaları flavonoidlərin təcrid olunması, identifikasiyası, xarakteristikası, funksiyaları və nəhayət onların sağlamlıq faydaları üzrə tətbiqləri ilə bağlıdı. Flavonoidlər müxtəlif qida, əczaçılıq, tibbi və kosmetik sənayesində əvəzsiz komponent kimi qəbul edilir. Naxçıvan Muxtar Respublikasında aparılan çoxillik tədqiqatlar və ədəbiyyatlara əsaslanaraq Nepeta cataria L. növünün tərkibi araşdırılmış və flavonoidlərlə zəngin olduğu məlum olmuşdur. Bu tədqiqatımızda Nepeta cataria L. bitkisinin tərkibində olan flavonoidlərin varlığını sübut edən keyfiyyət analizləri aparılmış və flavonoid məcmusunun spektrofotometrik üsulla miqdarı təyinatı yerinə yetirilmişdir. Tədqiqatın nəticəsində Nepeta cataria bitkisinin spektrofotometrik üsulla təyin edilmiş flavonoidlərinin ümumi miqdarı 5,44%-dir.
Açar sözlər: Nepeta cataria, keyfiyyət analizləri, flavonoidlər, spektrofotometriya, spektrofotometrik analiz
Mursal Museyib Seyidov
Nazrin Nemat Jafarova
Qualitative and apectrophotometric analysis of flavonoids of Nepeta cataria L. plant distributed in Nakhchivan Autonomous Republic
Abstract
It has been known for centuries that herbal derivatives have a wide range of effects. Current trends in research and development activities on flavonoids have been related to the isolation, identification, characterization, functions of flavonoids and finally their applications for health benefits. Flavonoids are considered as an indispensable component in various food, pharmaceutical, medical and cosmetic industries. Based on many years of research and literature in Nakhchivan Autonomous Republic, it was known that Nepeta cataria L. is abundant to flavonoids. In this study, qualitative analyzes were conducted to prove the presence of flavonoids in the Nepeta cataria L. plant, and the amount of flavonoids was determined by spectrophotometric method. As a result of the research, it was determined that the total amount of flavonoids in the raw material of Nepeta cataria plant is 5,44%.
Keywords: Nepeta cataria L., qualitative analyses, flavonoids, spectrophotometry, spectrophotometric analysis